Katarakt

Mətanətdən Manafla Cavanşirə: "Ayıb olsun,jurnalistləri təhqir etmək olmaz"

MAQAZİN
11:23 16.06.2021
702
Müğənnilər Manaf Ağayev və Cavanşir Məmmədovun "Həmin Zaur" proqramında jurnalistlər haqda səsləndirdiyi fikirlər müzakirə olunur. Onların media nümayəndələrinin ünvanına söylədikləri çirkin sözlər cəmiyyətdə qəzəb doğurub. 

Aparıcı Mətanət Əliverdiyeva da məlum məsələyə "6/8 axşam şou"sunda münasibət bildirib:

"Digər verilişlərdə  bəzi müğənnilər jurnalistlərə onlar bizim dostumuz deyil, onlardan dost olmaz, deyirlər. Görün, biz sizi öz sıramıza qəbul edirik, ya yox. Heç olmasa Kəlbəcərdə şəhadətə ucalan jurnalistlərə hörmət edin. Sizin rastlaşdıqlarınız özünüz kimi qeyri-peşəkar müğənnilər, jurnalistlərdir. Bu, hər sahədə var. Çox ayıb olsun. Jurnalistləri təhqir etmək olmaz. Onlar hər zaman can qoyan insanlardır. Dünyasını dəyişənlərə, şəhid jurnalistlərə Allah rəhmət eləsin.

 Heç vaxt özünüzü fikirləşib qarşınızdakını təhqir etməyin. Aparıcılardan xahiş edirəm. Aparıcının özü də bir jurnalistdir.

Sual verəndə aciz qalmayın. Şükür Allaha mən kiminsə qarşısında aciz deyiləm. Başı ucayam".
 
///Redaktor.az
 

OXŞAR XƏBƏRLƏR