Mətbuat Şurası mitinqdə jurnalistlərlə bağlı insident qeydə almadı

Mətbuat Şurası mitinqdə jurnalistlərlə bağlı insident qeydə almadı
MEDİA
10:45 09.04.2012
1359

Azərbaycan Mətbuat Şurasının monitorinq qrupu İctimai Palatanın aprelin 8-də keçirilən mitinqində jurnalistlərin peşə fəaliyyətini yerinə yetirmələrinin monitorinqini aparıb.

Mətbuat Şurasından AZXEBER.COM-a verilən məlumata görə, Mətbuat Şurasının mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasının üzvlərinin iştirak etdikləri monitorinq zamanı media təmsilçiləri ilə bağlı hər hansı insident qeydə alınmayıb. Qeyd edək ki, Daimi Komissiyanın tərkibinə Mətbuat Şurası ilə yanaşı, Baş Prokurorluğun, Daxili İşlər və Ədliyyə Nazirliklərinin nümayəndələri daxildir. Komissiya üzvləri eyni zamanda müəyyənləşdiriblər ki, aksiyanı işıqlandıran jurnalistlər əvvəlki aksiyalarla müqayisədə üzərində “PRESS” yazılmış xüsusi gödəkçələrində olmağa daha çox üstünlük veriblər.

OXŞAR XƏBƏRLƏR