Şura mitinqdə jurnalistlərin peşə fəaliyyətini yerinə yetirmələrinin monitorinqini həyata keçirəcək
Mətbuat Şurası İctimai Palatının sabah keçiriləcək mitinqində jurnalistlərin peşə fəaliyyətini yerinə yetirmələrinin monitorinqini aparacaq. Şuradan AZXEBER.COM-a verilən məlumata görə, monitorinqdə MŞ-nin mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasının üzvləri iştirak edəcəklər. Daimi Komissiyanın tərkibinə Mətbuat Şurası ilə yanaşı Baş Prokurorluğun, Daxili İşlər və Ədliyyə Nazirliklərinin nümayəndələri daxildirlər. Mətbuat Şurası İctimai Palatanın sabah keçiriləcək mitinqini işıqlandıracaq jurnalistlərdən MŞ-nin üzərində “PRESS” yazılmış xüsusi gödəkçələrində olmalarını xahiş edir.