Mətbuat Şurası Nəsir Əhmədlinin vəfatı ilə bağlı nekroloq yaydı

Mətbuat Şurası Nəsir Əhmədlinin vəfatı ilə bağlı nekroloq yaydı
MEDIA
13:59 07.06.2022
481
Mətbuat Şurası Nəsir Əhmədlinin vəfatı ilə bağlı nekroloq yayıb.

AZXEBER.COM nekroloq mətnini təqdim edir:

"Azərbaycan jurnalistikasına, elm ictimaiyyətinə, bütövlükdə ziyalı mühitinə ağır itki üz verib. Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin professoru, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, respublikanın əməkdar jurnalisti, filologiya elmləri doktoru Nəsir Əhmədli vəfat edib. Mərhumun doğmalarına və əzizlərinə dərin hüznlə başsağlığı veririk.

Əhmədli Nəsir Abbas oğlu 1942-ci ildə Tovuz rayonunun Alakol kəndində doğulub. 1962-1965-ci illərdə hərbi xidmətdə olub. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakultəsini bitirib. 1981-ci ildə namizədlik, 2007-ci ildə doktorluq dissertasiyasını müdafiə edib.

Uzun və mənalı ömrünü jurnalistikaya bağlamış N.Əhmədli Azərbaycan Dövlət Televiziyasında çalışdıqdan sonra BDU-da elmi-pedaqoji fəaliyyətə başlayıb, ömrünün sonunadək fakultənin "Beynəlxalq jurnalistika və informasiya siyasəti” kafedrasının professoru olub.

Onu tanıyan hər kəsin, həmkarlarının, saysız-hesabsız tələbələrinin sevimlisinə çevrilmiş N.Əhmədli Azərbaycanda jurnalistikanın həm peşə kimi təkmilləşməsində, həm də elmilik qazanmasında böyük xidmətlər göstərib. 100-dən artıq elmi məqalənin, 3 monoqrafiyanın, 1 dərsliyin, 5 dərs vəsaitinin, bütövlükdə 15 kitabın müəllifi olan qələm sahibinin dərin elmi axtarışları fundamentallığı ilə diqqət çəkib. O, beynəlxalq radio yayımının bütün sahələrinə tətbiq edilə biləcək model-sxem hazırlayıb, bu sahəyə dair altı qanun aşkarlayıb.

N.Əhmədli dünyanın bir sıra ölkələrində keçirilmiş nüfuzlu elmi toplantılara qatılıb. O, söz sənəti sayılan jurnalistikanın nəzəri və praktik məsələlərinə dair çoxsaylı elmi araşdırmaları ilə bütövlükdə Azərbaycan elminə, xüsusən də onun vacib sahəsi sayılan dilçiliyə müstəsna töhfələr verib. Mətbuatın, ümumilikdə medianın dil hadisəsi olduğunu məxsusi yanaşmaları ilə əsaslandırıb, ictimai fəaliyyətilə Azərbaycan dilinin qorunmasının əhəmiyyətini vurğulayıb, bu istiqamətdə nümunəvi yanaşma ortaya qoyub. Bir məqam da vurğulanmalıdır ki, Nəsir müəllimin elmiliyi həm də elmlə publisistikanın vəhdəti kimi dəyərləndirilə bilən bənzərsiz hadisədir. Buna görə göstərdiyi çoxşaxəli fəaliyyət ona cəmiyyətdə həm vətənpərvər alim, həm də dəyərli ziyalı obrazı qazandırıb.

2010-cu ildə Azərbaycanın əməkdar jurnalisti fəxri adına layiq görülmüş N.Əhmədli həmçinin müxtəlif illərdə III dərəcəli "Əmək” ordeni, Ali Media Mükafatının I dərəcəsi, jurnalistika sahəsində digər bir çox populyar mükafatlarla təltif edilib.

Azərbaycan cəmiyyəti N.Əhmədlinin simasında səmimilik, qayğıkeşlik, nəciblik örnəyi sayılan əsl ziyalısını, öz baxış bucağı və mövqeyilə fərqlənmiş zəhmətkeş alimini, jurnalistikaya nüfuz gətirən, peşəni sevdirən şəxsiyyəti, ustad qələm sahibini itirib. Bu itkinin ağırlığı son dərəcə böyükdür.

Uca Tanrıdan Nəsir müəllimin doğmlarına, əzizlərinə, həmkarlarına, dostlarına bir daha dərin hüznlə başsağlığı verir, üzüntülərini və kədərlərini bölüşürük.

Allah rəhmət eləsin!"
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
00:08 18.10.2026
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
00:01 18.10.2026
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
00:00 18.10.2026
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
23:57 17.10.2026
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
23:56 17.10.2026
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Fransada bahalaşmaya qarşı aksiyalarda 550 min nəfər iştirak edib
23:53 17.10.2026
Fransada bahalaşmaya qarşı aksiyalarda 550 min nəfər iştirak edib
Tramp İranla müharibə bitdikdən sonra benzin qiymətlərinin düşəcəyini açıqladı
23:41 17.10.2026
Tramp İranla müharibə bitdikdən sonra benzin qiymətlərinin düşəcəyini açıqladı
Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib
23:27 17.10.2026
Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib
Belçikada polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə etdi
23:16 17.10.2026
Belçikada polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə etdi
"Barselona" "Betis"i darmadağın etdi, liderliyini qorudu
23:03 17.10.2026
"Barselona" "Betis"i darmadağın etdi, liderliyini qorudu
Bərdə xəstəxanasında huşsuz vəziyyətdə olan pasiyentin döyüldüyü iddia edilir - VİDEO
22:53 17.10.2026
Bərdə xəstəxanasında huşsuz vəziyyətdə olan pasiyentin döyüldüyü iddia edilir - VİDEO
Hikmət Hacıyev alman və azərbaycanlıların iki əsrlik birgəyaşayış tarixindən bəhs edən filmi paylaşıb
22:46 17.10.2026
Hikmət Hacıyev alman və azərbaycanlıların iki əsrlik birgəyaşayış tarixindən bəhs edən filmi paylaşıb
Pakistanda 20 polis qaçırıldı
22:29 17.10.2026
Pakistanda 20 polis qaçırıldı
"Fənərbaxça" öz meydanında "Alanyaspor"u məğlub edib
22:20 17.10.2026
"Fənərbaxça" öz meydanında "Alanyaspor"u məğlub edib
Bayram matəmə çevrildi - 17 nəfər əzilərək öldü
22:08 17.10.2026
Bayram matəmə çevrildi - 17 nəfər əzilərək öldü
Tramp "ölü adam kimi görünməmək" üçün makiyaj edir?
21:59 17.10.2026
Tramp "ölü adam kimi görünməmək" üçün makiyaj edir?