Mətbuat Şurası Qadir İbrahimlinin vəfatı ilə bağlı nekroloq yaydı

Mətbuat Şurası Qadir İbrahimlinin vəfatı ilə bağlı nekroloq yaydı
MEDIA
12:55 20.05.2022
361
Azərbaycan Mətbuat Şurası jurnalist Qadir İbrahimlinin vəfatı ilə bağlı nekroloq yayıb.

Şuradan AZXEBER.COM-a verilən məlumata görə, nekroloqda deyilir:

"Azərbaycan jurnalistikasında özünün dəst-xətti ilə seçilən, "İstiqlal.az" saytının baş redaktoru, istedadlı həmkarımız Qadir İbrahimli vəfat edib. Mərhumun doğmalarına və əzizlərinə dərin hüznlə başsağlığı veririk.

İbrahimli Qadir Nadir oğlu 19 dekabr 1968-ci ildə Lənkəranda anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb.

Hələ gənclik illərindən həyatını jurnalistika ilə bağlayıb. Ölkənin tanınmış kütləvi informasiya vasitələrində çalışmaqla oxucu rəğbəti qazanıb. Peşənin verdiyi üstünlüklər, əməksevərliyi onu həm də iqtisadçı ekspert kimi formalaşdırıb, cəmiyyətə tanıtdırıb. Ölkəmiz, cəmiyyətimiz üçün əhəmiyyət daşıyan bir sıra layihələrdə ekspert və koordinator olub.

Q.İbrahimli ictimai həyatda fəal iştirakı ilə seçilib. 2008-ci ildən "Güzəran" Sosial Araşdırmalar İctimai Birliyinin sədri olub.

Media ictimaiyyətini narahat edən məsələlərə intensiv və ardıcılıq münasibətilə fərqlənib. 2010-cu ildən Azərbaycan Mətbuat Şurasının Nəzarət-Təftiş Komissiyasının tərkibində yer alıb, komissiyanın üzvü və sədri kimi fəaliyyət göstərib.

Q.İbrahimli həmçinin Odlar Yurdu Univeristetində iqtisadiyyat və menencment üzrə pedaqoq olaraq da çalışıb, bilik və bacarığını gənc nəslə çatdırıb.

Qadir İbrahimli səmimiyyəti, qayğıkeşliyi, dostcanlılığı, gülərüz siması, pozitiv əhval-ruhiyyəsi ilə onu tanıyan hər kəsin xatirəsində əbədi yaşayacaqdır. Bir daha mərhumun doğmalarına, əzizlərinə, dostlarına, həmkarlarına dərin hüznlə başsağlığı verir, üzüntülərini və kədərlərini bölüşür, səbr diləyirik.

Allah rəhmət eləsin!".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
00:08 18.10.2026
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
00:01 18.10.2026
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
00:00 18.10.2026
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
23:57 17.10.2026
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
23:56 17.10.2026
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Fransada bahalaşmaya qarşı aksiyalarda 550 min nəfər iştirak edib
23:53 17.10.2026
Fransada bahalaşmaya qarşı aksiyalarda 550 min nəfər iştirak edib
Tramp İranla müharibə bitdikdən sonra benzin qiymətlərinin düşəcəyini açıqladı
23:41 17.10.2026
Tramp İranla müharibə bitdikdən sonra benzin qiymətlərinin düşəcəyini açıqladı
Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib
23:27 17.10.2026
Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib
Belçikada polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə etdi
23:16 17.10.2026
Belçikada polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə etdi
"Barselona" "Betis"i darmadağın etdi, liderliyini qorudu
23:03 17.10.2026
"Barselona" "Betis"i darmadağın etdi, liderliyini qorudu
Bərdə xəstəxanasında huşsuz vəziyyətdə olan pasiyentin döyüldüyü iddia edilir - VİDEO
22:53 17.10.2026
Bərdə xəstəxanasında huşsuz vəziyyətdə olan pasiyentin döyüldüyü iddia edilir - VİDEO
Hikmət Hacıyev alman və azərbaycanlıların iki əsrlik birgəyaşayış tarixindən bəhs edən filmi paylaşıb
22:46 17.10.2026
Hikmət Hacıyev alman və azərbaycanlıların iki əsrlik birgəyaşayış tarixindən bəhs edən filmi paylaşıb
Pakistanda 20 polis qaçırıldı
22:29 17.10.2026
Pakistanda 20 polis qaçırıldı
"Fənərbaxça" öz meydanında "Alanyaspor"u məğlub edib
22:20 17.10.2026
"Fənərbaxça" öz meydanında "Alanyaspor"u məğlub edib
Bayram matəmə çevrildi - 17 nəfər əzilərək öldü
22:08 17.10.2026
Bayram matəmə çevrildi - 17 nəfər əzilərək öldü
Tramp "ölü adam kimi görünməmək" üçün makiyaj edir?
21:59 17.10.2026
Tramp "ölü adam kimi görünməmək" üçün makiyaj edir?