Azərbaycan Mətbuat Şurası beynəlxalq ictimaiyyətə müraciət edib

Azərbaycan Mətbuat Şurası beynəlxalq ictimaiyyətə müraciət edib
MEDIA
12:13 12.07.2025
1430
Azərbaycan Mətbuat Şurası beynəlxalq ictimaiyyətə müraciət edib.

AZXEBER.COM xəbər verir ki, müraciətdə deyilir:

"Son illərdə Rusiya Federasiyası mediadan xarici siyasətə təsir aləti kimi getdikcə daha çox istifadə edir. İnformasiya fəaliyyəti adı altında ictimai rəyin formalaşdırılmasına, suveren dövlətlərdə siyasi vəziyyətin sabitliyinin pozulmasına yönəlmiş genişmiqyaslı kampaniyalar həyata keçirilir. Bu cür hərəkətlər başqa ölkələrin daxili işlərinə müdaxilə olmaqla yerli ictimai qurumların fəaliyyətinə xələl gətirir, hakimiyyətə inam səviyyəsini azaldır. Bu təcrübə xüsusilə Rusiyanın Sputnik agentliyinin və onun əməkdaşlarının fəaliyyətində özünü büruzə verir.

Rusiya Jurnalistlər İttifaqının Sputnik Azərbaycan agentliyinin əməkdaşlarının həbsi ilə əlaqədar beynəlxalq təşkilatlara, jurnalist və insan haqları birliklərinə ünvanlanmış açıq məktubuna cavab olaraq, hadisələrin obyektiv mənzərəsini beynəlxalq ictimaiyyətə təqdim etməyi zəruri hesab edirik. 

Əvvəla, məktubda faktlar kobud şəkildə təhrif olunur ki, bu da beynəlxalq ictimai rəyi manipulyasiya etmək cəhdindən açıq şəkildə xəbər verir. Sputnik Azərbaycan-ın rəhbəri İqor Kartavıx və baş redaktor Yevgeni Belousovun saxlanılması açıq məktubda yer alan ifadələrin əksinə olaraq, onların jurnalistika sahəsində peşə vəzifələrini yerinə yetirmələri ilə heç bir əlaqəsi yoxdur. Xüsusilə vurğulanmalıdır ki, həmin şəxslər Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti (FTX) ilə əməkdaşlıq ediblər və jurnalist fəaliyyəti ilə bağlı olmayan tapşırıqları yerinə yetirmək məqsədilə Azərbaycanda olublar. Bu baxımdan onların saxlanılması mövcud qanunvericiliyə tam uyğun və qanun çərçivəsində həyata keçirilən hüquqi tədbirdir.

Beynəlxalq insan haqları təşkilatlarının hesabatlarında mütəmadi olaraq Rusiyada müstəqil jurnalistikanın geniş miqyaslı azalması qeyd edilir və ekspertlər təxminən 60-70% rəqəmlərə istinad edirlər. Oxşar nəticələrə mötəbər mənbələrin materiallarında da istinad edilir ki, bu da ölkədə söz azadlığının boğulması istiqamətində sistemli və köklü tendensiyanın olduğunu göstərir.

Belə ki, Yuri Şçekoçixin, Anna Politkovskaya, Pavel Şeremet, Pol Klebnikov və bir çox başqaları kimi tanınmış jurnalistlərin səs-küylü qətli ilə bağlı işlərin üstü hələ də siyasi motivlərə görə açılmamış qalır. Rusiyanın Ukraynaya qarşı hərbi kampaniyası başlayandan media üzərində senzura xeyli artıb, istənilən alternativ mövqe fəal şəkildə yatırılır, öz mövqeyini bildirməyə çalışan jurnalistlər təqib olunur və həbs edilir.

Yuxarıda deyilənlərə baxmayaraq, Rusiya Jurnalistlər Birliyi öz ölkəsində real risk altında olan müstəqil jurnalistləri müdafiə etməkdə eyni inadkarlıq nümayiş etdirmədən, şübhəli casusları dəstəkləməyə üstünlük verir.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin şöbəsindən başqa bir şey olmayan "Sputnik Azərbaycan” agentliyinin əməkdaşlarının saxlanması ilə bağlı yaranmış vəziyyətdə beynəlxalq jurnalist və insan haqları təşkilatları ilk növbədə Rusiya Jurnalistlər İttifaqının təmsil etdiyi guya müstəqil jurnalist təşkilatlarının xüsusi xidmət orqanları ilə əlaqəsi, onları siyasi təsir və informasiya manipulyasiyası vasitəsinə çevirmək barədə düşünməlidir.

Biz beynəlxalq jurnalist və insan haqları təşkilatlarını bu cür informasiya təxribatına adekvat reaksiya verməyə və mediadan siyasi məqsədlər üçün istifadəni qətiyyətlə pisləməyə çağırırıq".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tanınmış futbolçu “Trabzonspor”a keçdi
18:59 24.08.2026
Tanınmış futbolçu “Trabzonspor”a keçdi
"Qalatasaray" Ermedin Demiroviç üçün "Ştutqart"a təklif göndərib
18:41 24.08.2026
"Qalatasaray" Ermedin Demiroviç üçün "Ştutqart"a təklif göndərib
“Survivor” dördüncüsü ailə qurdu
18:27 24.08.2026
“Survivor” dördüncüsü ailə qurdu
"Barselona"nın futbolçusu Qavi sağ dizindən zədələnib
18:09 24.08.2026
"Barselona"nın futbolçusu Qavi sağ dizindən zədələnib
Hakan Çalhanoğlu ilə bağlı yeni iddia: Türkiyəyə qayıda bilər
18:02 24.08.2026
Hakan Çalhanoğlu ilə bağlı yeni iddia: Türkiyəyə qayıda bilər
“Süni İntellekt və Sintetik Zəka”: YYSİB-nin yeni kreativ-innovativ layihəsi başladı
17:58 24.08.2026
“Süni İntellekt və Sintetik Zəka”: YYSİB-nin yeni kreativ-innovativ layihəsi başladı
Xaçmazda kişi qızının sevgilisini küçədə döydü
17:48 24.08.2026
Xaçmazda kişi qızının sevgilisini küçədə döydü
Hikmət Hacıyev Ukraynanın III dərəcəli “Ləyaqət Ordeni” ilə təltif edilib
17:43 24.08.2026
Hikmət Hacıyev Ukraynanın III dərəcəli “Ləyaqət Ordeni” ilə təltif edilib
Donald Tramp: “İran tamamilə çökür”
17:38 24.08.2026
Donald Tramp: “İran tamamilə çökür”
Leyla Əliyeva Buxara şəhərindən paylaşım edib - FOTO
17:30 24.08.2026
Leyla Əliyeva Buxara şəhərindən paylaşım edib - FOTO
İtaliyalı jurnalist Azərbaycan - Özbəkistan əlaqələrindən yazdı
17:24 24.08.2026
İtaliyalı jurnalist Azərbaycan - Özbəkistan əlaqələrindən yazdı
Süni intellekt insanın yazı üslubunu dəyişir? - AI ilə yazılan mətnlərin dilə təsiri
17:19 24.08.2026
Süni intellekt insanın yazı üslubunu dəyişir? - AI ilə yazılan mətnlərin dilə təsiri
“Bizim vaxtımızda belə deyildi” - Ailələrdə nəsillərarası fikir ayrılığı niyə artır?
17:16 24.08.2026
“Bizim vaxtımızda belə deyildi” - Ailələrdə nəsillərarası fikir ayrılığı niyə artır?
Xarici pasport alan azərbaycanlılar hərbi xidmətə çağırıla bilər
17:15 24.08.2026
Xarici pasport alan azərbaycanlılar hərbi xidmətə çağırıla bilər
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxaradakı "Poyi-Kalon" kompleksi ilə tanış olublar
17:09 24.08.2026
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxaradakı "Poyi-Kalon" kompleksi ilə tanış olublar
Bakının bu küçəsinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
17:03 24.08.2026
Bakının bu küçəsinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq