Mətbuat Şurası tanınmış fotoqrafın ölümü ilə bağlı nekroloq yaydı

Mətbuat Şurası tanınmış fotoqrafın ölümü ilə bağlı nekroloq yaydı
MEDIA
23:04 02.04.2012
1861
Mətbuat Şurası fotojurnalist Əjdər Nağıyevin vəfatı ilə bağlı nekroloq yayıb.
AZXEBER.COM-un məlumata görə, nekroloda Əjdər Cəfər oğlu Nağıyevin cəmi 57 il yaşadığı, yaradıcılığının daha da çiçəkləndiyi bir vaxtda dünyasını dəyişdiyi qeyd olunur: “Əjdər Nağıyev 1955-ci ildə İsmayıllı rayonunun füsunkar Qoydan kəndində dünyaya göz açmışdı. Uşaqlıqdan mehrini foto sənətinə bağlayan Əjdərin müxtəlif mətbu orqanlara ünvanladığı təsvirlərdə əsasən təbiət gözəlliklərinin əks olunması da bu vurğunluqdan qaynaqlanırdı. Lakin mövzu dairəsi get-gedə genişləndi. 1988-ci ildə isə xalqımız azadlıq mücadiləsinə qalxanda təqdim etdiyi nümunələrdə dövrün gerçəklikləri canlandı.Səmimi insan, peşəkar fotoqraf imicini qazanan Əjdərin duyum dünyası yüksək zövqündən, hadisələrə həssaslıqla yanaşma manerasından xəbər verirdi. Əsas iş yeri “Azadlıq” qəzeti olsa da, onun foto şəkilləri ölkəmizin bir çox mətbu nəşrlərinin səhifələrini bəzəyirdi. Yüksək zövqün, məsuliyyət hissinin nəticəsi idi ki, müxtəlif jurnallar onu həvəslə əməkdaşlığa dəvət edirdilər.Əjdərin peşəkarlığı iştirakçısı olduğu bütün müsabiqələrdə bir qayda olaraq dəyərləndirilirdi. Onun layiq görüldüyü diplomlar və digər mükafatların zəngin çeşidi yaradıcılıq axtarışlarının uğurlu bəhrələri kimi xatirələrdə qalıb.O, qısa, lakin mənalı ömür yolu yaşadı. Allah rəhmət eləsin, qəbri nurla dolsun!”
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya ordusu Jitomirdə elektrik yarımstansiyasına zərbə endirib
10:26 17.10.2026
Rusiya ordusu Jitomirdə elektrik yarımstansiyasına zərbə endirib
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
10:09 17.10.2026
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
10:07 17.10.2026
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
09:54 17.10.2026
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
09:42 17.10.2026
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
09:34 17.10.2026
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
09:29 17.10.2026
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
09:21 17.10.2026
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
09:14 17.10.2026
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
09:03 17.10.2026
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
08:59 17.10.2026
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
08:52 17.10.2026
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
08:45 17.10.2026
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
İran Hörmüzün açılması üçün şərtini açıqladı
08:37 17.10.2026
İran Hörmüzün açılması üçün şərtini açıqladı
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
08:30 17.10.2026
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
08:23 17.10.2026
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər