Mətbuat Şurasında seçki günü “qaynar xətt” fəaliyyət göstərir

Mətbuat Şurasında seçki günü “qaynar xətt” fəaliyyət göstərir
MEDIA
00:13 09.10.2013
1382

Prezident seçkiləri ilə əlaqədar olaraq Azərbaycan Mətbuat Şurasında “qaynar xətt” fəaliyyət göstərir/

Mətbuat Şurasından verilən xəbərə görə, səsverməyə start verildiyi andan Şuranın (012) 441 35 96 və (055) 201 99 26 telefon nömrələri “qaynar xətt” rejimində fəaliyyət göstərir.

Məqsəd seçki prosesini işıqlandıracaq jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinə dəstək olmaq, mövcud istiqamətdə yarana biləcək problemlərin operativ aradan qaldırılmasını təmin etməkdir.Bundan başqa MŞ-nin İdarə Heyətinin üzvləri oktyabrın 9-da ölkənin müxtəlif bölgələrində müşahidələr aparacaq, medianın prosesi işıqlandırması ilə bağlı vəziyyəti izləyəcəklər. Şuranın monitorinq qrupu da bu istiqamətdə müvafiq iş aparacaq.

OXŞAR XƏBƏRLƏR