Mətbuat Şurasında veteran jurnalistlərlə görüş keçirilib - FOTOLAR

Mətbuat Şurasında veteran jurnalistlərlə görüş keçirilib -  FOTOLAR
MEDIA
17:18 19.07.2014
1291

Bu gün Azərbaycan Mətbuat Şurasında veteran jurnalistlərlə görüş keçirilib. 

Şuradan “AZXEBER.COM-a verilən məlumata görə, MŞ-nin Ahıl Jurnalistlər Məclisinin xəttilə düzənlənən və 22 iyul Milli Mətbuat Gününə həsr olunmuş tədbiri Şura sədri Əflatun Amaşov açıb. O bildirib ki, ölkəmizdə son 15 ildə Milli Mətbuat Gününün keçirilməsi əlamətdar hal alıb. Milli-mədəni oyanışa təkan vermiş, dövlət müstəqilliyimizin qazanılmasında səfərbəredici rol oynamış jurnalistikamızın tarixi xidmətlərindən söz açan Ə.Amaşov veteran qələm sahiblərinin mətbu irsimizin zənginləşməsindəki rolunun böyük olduğunu vurğulayıb. Onların əməyinin qiymətləndirilməsi sahəsində görülən işlərin rəhbərlik etdiyi qurumun daim diqqət mərkəzində dayandığını önə çəkib.

MŞ-nin Ahıl Jurnalistlər Məclisinin rəhbəri, əməkdar jurnalist Yusif Kərimov məclisin ictimai fəallığının daha da artdığını diqqətə çatdırıb. O, ölkə Prezidenti cənab İlham Əliyevin veteran jurnalistlərə qayğı göstərilməsini nəzərdə tutan işlərə dəstək verməsindən razılığını dilə gətirərək bildirib ki, Ahıl Jurnalistlər Məclisi həyatını jurnalistikaya bağlayan insanların zəruri qayğılarının həllini reallaşdırmaqla yanaşı, təcrübələrinin gənc nəslə çatdırılmasını da həyata keçirən fəaliyyət xəttinə malikdir. 

Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin professoru, İctimai Yayım Şurasının sədri Cahangir Məmmədli sıralarında həm müəllimləri, həm də vaxtilə tələbə olmuş dəyərli qələm sahiblərini birləşdirən məclisin keçmişə ehtiram mənasında daşıdığı missiyanın mühüm cəhətlərinə toxunub. 

Ahıl jurnalistlər adından çıxış edənlər - Telman Qarayev, Hökumə Əliyeva, Bəbir Hüseynov, Şakir Yaqubov və başqaları müxtəlif illərdəki fəaliyyətlərinin spesifik tərəflərindən söz açıblar. Onlar yaşlı yazarlara diqqət göstərilməsindən razılıqlarını ifadə ediblər.

Görüşün sonunda ahıl jurnalistlərə Azərbaycan Mətbuat Şurasının bayram hədiyyələri təqdim olunub. 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ-də İranla müharibə başlayandan bəri benzinin orta qiyməti 37 % artıb
05:19 05.04.2026
ABŞ-də İranla müharibə başlayandan bəri benzinin orta qiyməti 37 % artıb
İran BƏƏ-də alüminium sənayesi obyektlərinə zərbə endirdiyini açıqlayıb
03:38 05.04.2026
İran BƏƏ-də alüminium sənayesi obyektlərinə zərbə endirdiyini açıqlayıb
Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO
02:52 05.04.2026
Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO
Zığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO
01:04 05.04.2026
Zığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO
İcarəyə verilən avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
00:23 05.04.2026
İcarəyə verilən avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
Avstraliyada güclü zəlzələ oldu
23:43 04.04.2026
Avstraliyada güclü zəlzələ oldu
Ata-ana imtina etdi, nənə isə uşaqlar evinə verir - Komitədən açıqlama
23:39 04.04.2026
Ata-ana imtina etdi, nənə isə uşaqlar evinə verir - Komitədən açıqlama
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
23:30 04.04.2026
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
Türkiyə Superliqası: "Qalatasaray" Trabzon səfərində büdrədi
23:16 04.04.2026
Türkiyə Superliqası: "Qalatasaray" Trabzon səfərində büdrədi
Əraqçi: Nüvə obyektlərinə hücumlar ağır ekoloji nəticələrə səbəb ola bilər
22:58 04.04.2026
Əraqçi: Nüvə obyektlərinə hücumlar ağır ekoloji nəticələrə səbəb ola bilər
Ata-anası imtina etdi - Nənəsi də uşaq evinə vermək istəyir
22:38 04.04.2026
Ata-anası imtina etdi - Nənəsi də uşaq evinə vermək istəyir
İsrail Livan və İranda 200-dən çox hədəfi vurduğunu açıqlayıb
22:27 04.04.2026
İsrail Livan və İranda 200-dən çox hədəfi vurduğunu açıqlayıb
"Müalicələrini davam etdirmək üçün uşaqları evə gətirmişdim" - Sumqayıtda övladını itirən atanın FƏRYADI - VİDEO
22:15 04.04.2026
"Müalicələrini davam etdirmək üçün uşaqları evə gətirmişdim" - Sumqayıtda övladını itirən atanın FƏRYADI - VİDEO
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
21:54 04.04.2026
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
Azərbaycanın bəzi yerlərində qar yağır - FAKTİKİ HAVA
21:36 04.04.2026
Azərbaycanın bəzi yerlərində qar yağır - FAKTİKİ HAVA
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib
21:32 04.04.2026
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib