Mətbuat Şurasından yekun monitorinq - Rəyi

Mətbuat Şurasından yekun monitorinq - Rəyi
MEDIA
22:48 01.11.2015
1603
Azərbaycan Mətbuat Şurasının (MŞ) 1 noyabr parlament seçkiləri ilə əlaqədar yaratdığı “qaynar xətt” və Şuranın İdarə Heyətinin üzvlərindən, həmçinin quruma üzv kütləvi informasiya vasitələrinin nümayəndələrindən ibarət monitorinq qrupu fəaliyyətini başa vurub.Şuradan AZXEBER.COM-a verilən məlumata görə, saat 08.00-dan 19.00-dək olan müddətdə jurnalistlərin parlament seçkisini işıqlandırmalarına hər hansı maneə faktı qeydə alınmayıb, media mənsubları seçki məntəqələrində sərbəst şəkildə vəzifələrini icra ediblər.MŞ-nin monitorinq qrupu məntəqələrdə bunun üçün yaradılmış şəraitin yüksək səviyyədə olduğunu qeyd edib. Şuranın “qaynar xətt”inə cəmi bir müraciət daxil olub. Mərkəzi Seçki Komissiyasının köməkliyi ilə “Report” İnformasiya Agentliyinin müxbiri Orxan Əzimovun 24 saylı Nizami I seçki dairəsinin 19 və 20 saylı məntəqələrində peşə fəaliyyətini sərbəst yerinə yetirməsi təmin edilib, yaranmış anlaşılmazlıq operativ şəkildə aradan qaldırılıb.Gün ərzində MŞ sədrinin müavinləri - Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, MŞ İdarə Heyətinin üzvlərindən “Bakı xəbər” qəzetinin baş redaktoru, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı Şamil Vəliyev, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı, Bakı Dövlət Universitetinin professoru Nəsir Əhmədli, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayıl bir sıra məntəqələrdə seçkini gedişini izləyib, jurnalistlərə yaradılmış şəraitlə tanış olublar.Azərbaycan Mətbuat Şurasının “qaynar xətt”inə gün ərzində bəzi deputatlığa namizədlərin seçki qərargahlarından müraciətlər daxil olub. Müraciət müəllifləri mübarizə apardıqları dairədəki digər namizədlərin müxtəlif media vasitələrindən yararlanaraq təbliğat və əks-təbliğat işləri apardıqlarını vurğulayıblar. Bu baxımdan eyni dairə ərazisindəki seçki məntəqələrində bir internet informasiya resursunun çoxsaylı əməkdaşının mövcudluğuna, onların seçicilərlə təmaslarda media mənsubu kimi deyil, namizədin tərəfdarı olaraq davranmalarına dair məqamlar qabardılıb. Müraciətlərdə həmçinin ayrı-ayrı saytların materiallarında yol verildiyi iddia edilən qanun pozuntusunun konkret namizədin (ad çəkilməklə) xeyrinə aparıldığının bildirilməsi də narazılıq doğurub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
23:50 18.04.2026
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
23:32 18.04.2026
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
23:23 18.04.2026
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
Ağdamda gənc FACİƏLİ şəkildə öldü
21:03 18.04.2026
Ağdamda gənc FACİƏLİ şəkildə öldü