Mətbuat Şurasının yeni sədrindən ilk - AÇIQLAMA

Mətbuat Şurasının yeni sədrindən ilk - AÇIQLAMA
MEDIA
13:08 16.10.2026
234
Xəbər verdiyimiz kimi, Vüqar Zifəroğlu Azərbaycan Jurnalistlərinin IX Qurultayında Mətbuat Şurasına (MŞ) yeni sədr seçilib.

Vüqar Zifəroğlu AZXEBER.COM-a açıqlamasında yeni vəzifəyə seçilməsini böyük məsuliyyət və etimad kimi qiymətləndirib.

O, Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə birlikdə bu etimadı doğrultmaq üçün çalışacağını vurğulayıb:

"Bu, böyük məsuliyyət və eyni zamanda, böyük etimaddır. İnşallah, əlimdən gələni edəcəyəm. Mətbuat Şurasının İdarə Heyətinin hər bir üzvü bu etimadı doğrultmaq üçün çalışacaq. Qarşımızda yeni çağırışlar və vəzifələr var. Həm bu çağırışlara cavab vermək, həm də qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün əlimdən gələni edəcəyəm”, – deyə Vüqar Zifəroğlu qeyd edib.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR