14-16 oktyabr tarixlərində İstanbulda TürkPA-nın beynəlxalq katibliyi tərəfindən “Dövlətlərarası əməkdaşlığın inkişafı prosesində gənc liderlərin rolu” mövzusunda Beynəlxalq Forum keçirildi. Konfransın keçirilməsində məqsəd müxtəlif ölkələri təmsil edən gənc liderləri bir yerə toplayaraq, onlara bölgənin dövlətləri arasındakı əlaqələrə müsbət təsir göstərəcək qarşılıqlı faydalı münasibətlərin qurulmasında yardım göstərilmə idi. “Gənc liderlər- gələcəyin liderləridir” şüarı altında keçirilən forum TürkPA tərəfindən qardaş xalqlar arasında əlaqələrin və əməkdaşlığın inkişaf etdirilməsi sahəsində atılan daha bir addım oldu. Tədbirdə Azərbaycandan, Qazaxıstandan, Qırğızıstandan, Türkiyədən, Avropa Parlamentindən olan deputatlar, dünyanın 25 ölkəsindən parlamentarilər və diplomatlar, eləcə də qeyri-hökumət təşkilatları (QHT) və beynəlxalq təşkilatların təmsilçiləri iştirak edirdilər. Tədbirdə həmçinin Azərbaycan da təmsil olunmuşdu. Təəssüf ki, artıq neçənci dəfədir qeyd etmək lazım olur ki, Azərbaycan nümayəndə heyətinin tədbirdəki iştirakı barədə məlumatlar təhrif olunmuş və açıq şəkildə təxribat materiallarsız ötüşməyib. Şaiyələrə və əsassız uydurnalara söykənərək bir neçə müxalifət və guya neytral KİV qəsdən olaraq belə fikir yürüdüblər ki, guya Azərbaycan bu tədbirdə məhdud bir nümayəndə heyəti ilə təmsil olunub. Başqa sözlə desək, bu şaiyələri yayanlar, rəsmi siyahı əsasında yox, elə bil fala baxanın sözləri əsasında informasiya hazırlayıblar. Dar çərçivədə olan bir qrup insanın sifarişləri əsasında işləyən bu “KİV” nümayənlərinin xüsusi olaraq diqqətinə çatdırmaq istəyirik ki, Azərbaycan həmin tədbirdə idman və gənclər naziri Azad Rəhimov, Azərbaycan Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin rəhbəri Elnur Aslanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) rəhbəri Elşad İskəndərov, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər Təşkilatının sədri Fuad Muradov, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, hakim Yeni Azərbaycan Partiyasının gənclər birliyinin sədr müavini, Ümumdünya Azərbaycan Gəncləri Birliyinin rəhbəri Ramin Məmmədov, Yeni Azərbaycan Partiyasının gənclər birliyinin idarə heyətinin 5 üzvü, Azərbaycanın bir sıra gənclər təşkilatlarının nümayəndələri, eləcə də “Dağlıq Qarabağın Azərbaycanlı İcması” Birliyinin, Ukrayna və Rusiyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələrinin daxil olduğu nümayəndə heyəti ilə təmsil olunub. Gördüyümüz kimi, siyahı kifayət qədər böyükdür və nəticə etibarilə qeyd olunan uydurma mühakimələrdən uzaqdır. Bundan başqa, sözügedən informasiya resursları (elə hər zaman olduğu kimi) bütün bu təşkilatçılığın arxasında Azərbaycan İdman və Gənclər Nazirliyinin və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının “görünməz əli”ni aşkara çıxarmağa cəhd göstərdilər. Guya ki, tədbirin Azərbaycandan olan iştirakçılarının siyahısı məhz bu idarələrin kabinetlərində tərtib edilərək təsdiqlənib. Əslində isə hər şey olduğundan daha sadədir - siyahı tədbirin təşkilatçısı olan TürkPA tərəfindən tərtib olunub, təsdiqlənib və göndərilib. Daha qısa və aydın desək, müxalifətin və psevdo-müstəqil KİV-lərin bütün bu uydurma mühakimələri artıq yalnız və yalnız təəssüf hissi doğurur. Bu şəxslər özləri üçün balaca bir aləm yaradıblar, özləri dedi-qodu və şayiələr uydururlar, sonra öz yalanlarına inanırlar, daha sonra isə mühakimələrini inkar edirlər və şərh yazmağa başlayırlar. Elə bil ki, möcüzələr aləmidir. Belələrinə gələcəkdə istinad etdikləri mənbələri diqqətlə araşdırmağı, sənədləri (şayiələri yox) hərtərəfli təhlil etməyi və yalnız bundan sonra çoxsaylı qeydlərini yazmağa qərar vermələrini məsləhət görürük.
/// gun.az