Meteohəssas insanlara bəd xəbər

Meteohəssas insanlara bəd xəbər
Bütün Xəbərlər
12:45 19.12.2011
1771
Bakı və Abşeron yarımadasında dekabrın 20-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, hava əsasən yağmursuz keçəcək. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-8, gündüz 9-14 dərəcə isti olacaq. Dekabrın 21-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Havanın səhər bəzi yerlərdə dumanlı, az çiskinli olacağı, günün ikinci yarısında dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Gecə 5-8, gündüz 9-14 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında dekabrın 20-də hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman müşahidə olunacaq. Cənub küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 5-10 dərəcə şaxta olacağı gözlənilir. Dekabrın 21-də bölgələrdə hava əsasən yağmursuz olacaq. Bəzi yerlərdə duman, Lənkəran-Astara bölgəsində çiskinli yağış yağacağı gözlənilir. Cənub küləyi əsəcək, əsasən dağlıq ərazilərdə güclənəcək, qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 4-9 dərəcə şaxta olacağı proqnozlaşdırılır.
OXŞAR XƏBƏRLƏR