“Mətin oradan 1 saniyə gec çəkilsə idi, ayağını itirəcəkdi” - Dəhşətli qəzanın videosu

“Mətin oradan 1 saniyə gec çəkilsə idi, ayağını itirəcəkdi” - Dəhşətli qəzanın videosu
MAQAZİN
12:11 26.07.2024
750
Xəbər verdiyimiz kimi, ötən gün "Madteen” ləqəbi ilə tanınan müğənni Mətin Hüseynzadənin qəzadan son anda qurtulma görüntüləri yayılıb.
 
AZXEBER.COM hadisənin təfərrüatlarını öyrənmək üçün müğənni ilə əlaqə saxlayıb.

Müğənninin prodüseri Balkanın sözlərinə görə, sənətçi hələ də hadisənin təsirindən çıxa bilməyib:
 
"Hadisə Bakıxanov rayonu ərazisində baş verib. Qarşı yoldan gələn taksi sürücüsü səhhətində yaranan problemə görə idarəetməni itirərək qarşı yola çıxıb və Mətinin avtomobilinə çırpılıb. Bir saniyənin belə hökmü var imiş. Mətin ordan 1 saniyə gec çəkilsə idi, bu gün bəlkə də ayağını itirmiş olacaqdı". 

Prodüser deyib ki, müğənni ağır psixoloji travma yaşayır: 

"O maşını da təzə almışdı. Amma təbii ki, onu üzən daha çox illərdir tanıdığı avtoyumada işləyən gəncin yaralanmasıdır. O, iki avtomobil arasında qalaraq əzilib, vəziyyəti çox ağırdır. Hazırda reanimasiyadadır. Buna görə Mətin psixoloji olaraq çox böyük travma yaşayır. Digər avtomobildəki sürücü də yaralanıb amma vəziyyəti normaldır".
 
Aysel Hacızadə
 

OXŞAR XƏBƏRLƏR