Mətləb Məmmədov: "Azərbaycan Premyer Liqası bərpa olunmalıdır" - MÜSAHİBƏ

TOP4
14:16 20.05.2020
839

"Şəmkir", "Kəpəz", "Qəbələ" kimi klubların sabiq futbolçusu, hazırda "Kəpəz" futbol klubunun gənc futbolçulardan ibarət komandasının məşqçisi olan Mətləb Məmmədovla AzxeberSport-a müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- Mətləb müəllim, futbol üçün darıxmısınız?

-Bəli, bizim ev stadiona yaxındır. Hər yanından keçəndə bu bəlanın qutarması üçün dua edirik ki, yenidən qayıdaq futbola.

- "Kəpəz”dəki işləriniz nə yerdədir?

- Sonuncu oyunumuzu fevralın 29-u oynadıq. Ondan sonrakı oyunlar pandemiyaya görə təxirə düşdü. Məşqlərə ara verdik.

- İdman tədbirlərinin dayandırılmasından sonra tələbələriniz necə məşq edir? Futboldan uzaqlaşıblarmı?

- Karantin başlayanda hər biri ilə əlaqə saxladıq. Sağlamlıqları üçün əvvəlcə bir böyük kimi məsləhətlər verdik. Daha sonra onlara məşq proqramı verdik. Müəyyən hərəkətləri internet vasitəsi ilə görüntülü zənglər vasitəsi ilə öyrədirdik.

- Bəs sizcə bu effekt verirmi? Necə düşünürsünüz onlayn məşqlərin önəmi varmı?

-Təbii ki, stadion başqadır. Onlayn məşqlərdə biz sadəcə hərəkətləri öyrədirik. Meydançada topla qaçmaq hərəkətlər etmək başqa bir şeydir. Evdə tək topla oynamaqdansa, təbii ki, stadionda qruplar halında, komanda halında məşq etmək daha məqsədə uyğundur.

- Mətləb müəllim, sizcə tələbələriniz karantindən sonra fiziki cəhətdən futbola ara verdikləri kimi dönəcək?

- Bu onların özlərindən asılıdır. Biz əlimizdən gələn tapşırıqları, tövsiyyələri veririk. Proqramlar göndərib başa salmışıq ki, evdə də olsa məşq etsinlər.  Ancaq belə deyim də, tələbələrimiz 17-18 yaşlı gənclərdir. Uzun müddətdir ki, qaçmırlar. Buna baxmayaraq, inanmıram ki hansısa biri fiziki cəhətdən zəifləyə və ya kilo almış ola.

- Əgər Azərbaycanda futbol bərpa olunsa, məşq zamanı və ya oyun zamanı sosial məsafəni necə qorumaq olar? Yəqin bilirsiniz 1,5 və ya 2 metr ara saxlanılmalıdır.

- Çox yerində sual oldu. Bunu karantin başlayandan düşünürəm. Belə təklifim var: Müdafiəçilər və yarımmüdafiəçilər bir gündə məşq edər. Hücumçular ilə hücumameyllilər isə bir gündə. Nə sıxlıq olar, nə başqa bir şey. Bu futboldan kənar qalmaqdan yaxşıdır. Pandemiya bitdikdən sonra kontakt olan məşqləri bərpa etmək olar.

- Futbolçularınızın gələcəyi qarşıdadır. Sizcə parlayan bir futbolçu yetişəcəkmi?

- Bizdə uşaq futbolu yaralı yerdir. İllərdi gənc futbolçularla işləyən məşqçilər çalışır ki, bacarıqlı futbolçu yetişdirsinlər. Futbolçu yetişdirmək ağac sulamaq deyil ki, bar versin. Bacarıqlı futbolçunu yetişdirmək illər alır. Hər yaşda bir şey öyrənirlər. Gəncədə oynayan uşaqların gələcəyinə çox inanıram.

- Gəncədə futbola maraq necədir? Həvəs varmı?

- Bəli var, uşaq nə istəyir? Top, meydança və forma. Biz bunlara əvvəlki illərdə yarımçıq sahib olmuşuq. Top olubsa, meydança olmayıb. Forma olubsa, meydança olmayıb. Bu şəraitsizlikdən gəncənin gəncləri başqa klublara gedib çıxış edirdi.

- AFFA Gəncədə uşaq futbolu üçün nə işlər görüb?

- Dekabr ayında AFFA bizimçün süni meydança hazırladı, sağ olsunlar. Top və meydança uşaq futbolu üçün əsas amillərdəndir. Ümid edirəm ki, biz məşqçilər də həvəsli və bacarıqlı uşaqları Azərbaycan futboluna qazandıracağıq. İndi uşaqların hədəfi əsas komandaya yüksəlməkdir. Bunun üçün mübarizə aparacaqlarından şübhəm yoxdur.

- Sizcə "Kəpəz” Premyer Liqaya yüksələ biləcək mi?

- Düzünü desem yüksələ bilməyimiz üçün hər şərait qurublar. Klub rəhbərliyi və biz məşqçilər əlimizdən gələni edirik ki, komanda əsas liqaya yüksəlsin. Ancaq orada daimi qalmaq da şərtdir. Futbol artıq bölgələrə gəlməlidir. Söz yox bölgələrdə futbol var. Mən Premyer Liqanı nəzərdə tuturam.

- "Kəpəz”in bombardiri Rövşən Əhmədovla əlaqəniz varmı? Bu yaxınlarda sosial yardım alması haqda görüntülər paylaşılmışdı.

- Biz "Şəmkir”də bir yerdə oynamışıq. Çox bacarıqlı hücumçulardan biri olub. Azərbaycanda Mahmud, Vidadi, Yunis kimi oyunçuların adını çəkərkən bu sırada onun da adı çəkilir. Vurduğu qollarla ad çıxarıb. İndi elə oyunçunu əl-əl axtarırlar. Ancaq belə deyim Rövşənin də həvəsi olmalıdır. Məşqçi kimi və ya klubda hansısa vəzifədə çalışmağa həvəsin olmalıdır. İndi stadiondan aralı düşmüşük. Rövşənlə əlaqəmiz karantindən əvvəl olub. Karantin bitəndən sonra yəqin ki, "Kəpəz”də bir yerə yığışacağıq. Rövşən məşqçilikdə də uğurlu olar deyə düşünürəm. Çox yox, özü kimi bir hücumçu yetişdirsə, bizə bəsdir.

- Sizcə Azərbaycanda futbol bərpa olunmalıdır yoxsa liqa dayandırılıb, çempion elan edilməlidir?

-Hazırki dövr üçün Premyer Liqa bərpa olunmalıdır deyə düşünürəm. Çünki klublarımız UEFA-ya getməlidir. Həm də narazılıq olmaması üçün oyunlar oynanmalıdır. Çempionatın bitməyinə çox az tur qalıb. Oynanmağının tərəfdarıyam. Təbii ki, azarkeşsiz. 10 xal fərqi belə bağlayan komandalar görmüşük.

Hüseyn Qarazadə

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

10:59 30.10.2020

Hücum etmək istəyən düşmənin qarşısı alındı: İtki verən işğalçılar geri çəkildi - RƏSMİ

10:57 30.10.2020

Ermənistanda koronavirusa yoluxanların sayı Çini ötdü

10:50 30.10.2020

Ermənistan ordusunun polkovniki məhv edildi

10:26 30.10.2020

Bərdədəki terrorla bağlı dünya ölkələrinin konstitusiya məhkəmələrinə müraciət edildi

10:24 30.10.2020

Bərdə faciəsi: Bir bacının ürək dağlayan göz yaşları - VİDEO

10:07 30.10.2020

Bərdəni atəşə tutan "Smerç" belə məhv edildi - VİDEO

09:56 30.10.2020

"Human Rights Watch" Bərdəyə kasetli döyüş sursatları atıldığını təsdiqlədi

09:37 30.10.2020

Bərdədə ermənilərin törətdiyi terrorda 5 ildən sonra ana olan qadın həlak olub - VİDEO

09:35 30.10.2020

Ermənilərdən daha bir xain hücum: Mülki əhali yenidən hədəf alındı - VİDEO

09:33 30.10.2020

Ceyhun Bayramov Cenevrədədir

09:02 30.10.2020

"Hərbiyə aparsalar, gedib özüm qisasımı alardım, amma 16 yaşım var"

08:49 30.10.2020

"Ermənilər yaşadıqları dövlətə xəyanət edərək, təxribat və cəsusluqla məşğul olmuşlar"

08:37 30.10.2020

Ermənistan yaşayış məntəqələrimizi atəşə tutur

08:34 30.10.2020

Düşmənin bu texnikaları da sıradan çıxarıldı - Siyahı

08:33 30.10.2020

Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində düşmənin hücum etmək cəhdlərinin qarşısı alındı

01:35 30.10.2020

Zaxarova Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Cenevrə görüşünün detallarını açıqladı