“Düşünürdüm ki, bu mənim üçün ən asanı olacaq” - Tramp

“Düşünürdüm ki, bu mənim üçün ən asanı olacaq” - Tramp
DÜNYA
03:20 07.10.2026
97
ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişənin tezliklə başa çatacağını bəyan edib.

O bu barədə Baltimordakı çıxışı zamanı bildirib.
 
Vaşinqtonun hələlik hərbi əməliyyatların dayandırılmasına nail ola bilmədiyini qeyd edən Tramp şəxsən bu istiqamətdə iş apardığını vurğulayıb:

"İnanın ya inanmayın, kənardan belə görünməsə də, bu məsələ həqiqətən də yekunlaşmağa yaxındır. Düşünürdüm ki, bu mənim üçün ən asanı olacaq, axı mən səkkiz müharibənin bitməsinə nail olmuşam. Bu münaqişənin də sonu kifayət qədər tez çatacaq”.
 
///qafqazinfo///
OXŞAR XƏBƏRLƏR