Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə silsilə tədbirlərə başlayıb. Fondun mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, mayın 10-da gənclərin və tələbələrin ən çox istifadə etdikləri metronun “Elmlər Akademiyası” stansiyasında “Ümummilli Lider portretlərdə” adlı aksiya keçirilib. Ulu Öndər Heydər Əliyevin müxtəlif dövrlərdə gənclərlə bağlı söylədiyi müdrik fikirlər çap olunaraq metro yolunun hər iki istiqamətində divarlar boyunca vurulub.“Ümummilli Lider portretlərdə” aksiyası paytaxt sakinləri tərəfindən maraqla qarşılanıb.