Metroda kassalar bağlandı -200 xanım xəzinədarın taleyi necə olacaq?

Metroda kassalar bağlandı -200 xanım xəzinədarın taleyi necə olacaq?
Bütün Xəbərlər
14:37 05.10.2015
2125
Metroda çalışan 200-dək xəzinədarın yarısına müvafiq işlər təklif olunub. 
AZXEBER.COM xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Bakı Metropolitenin Mətbuat Xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
O qeyd edib ki, hazırda ləğv olunmuş xəzinədar ştatında çalışan işçilərə ixtisaslarına, stajlarına uyğun olaraq işlər təklif olunur: “ Elə işlər var ki, qəbul olunmaq üçün imtahan vermək lazımdır. Qarşılıqlı razılaşma əsasında onlara təklif olunan işlərə uyğun qərar verirlər. Təxminən 200 nəfərin yarısına müəyyən işlər təklif olunub. Təbii ki, işə qəbul üçün əmr verilməlidir. Hazırda proses davam edir”.
Qeyd edək ki, “Bakıkart” sisteminə keçidlə əlaqədar oktyabr ayının birindən etibarən metroda xəzinədar ştatı ləğv olunub.
OXŞAR XƏBƏRLƏR