Metroda problem: Sərnişinlər təxliyyə olundu

Metroda problem: Sərnişinlər təxliyyə olundu
Bütün Xəbərlər
17:18 15.09.2014
2141
“Sərnişinlər qatardan təhlükəsizlik tədbirləri ilə əlaqədar təxliyyə edilib”.
Bu gün metronun “Koroğlu” stansiyasında qatarın yarım saat dayanması ilə bağlı xəbər yayılıb.
AZXEBER.COM xəbər verir ki, Qafqazinfo məsələ ilə bağlı Bakı Metropoliteninin Mətbuat Xidmətinin rəhbəri Nəsimi Paşayevlə əlaqə saxlayıb.
Onun sözlərinə görə, saat 16:00-da “Dərnəgül” - “Həzi Aslanov” xətti üzrə hərəkət edən 27 saylı marşrut “Neftçilər” stansiyasında hərəkət edərkən nasazlıq yaranıb:
“Sərnişinlər qatardan təhlükəsizlik tədbirləri ilə əlaqədar təxliyyə edilib. Qatar depoya göndərilib. Həmin qatarın sərnişinlərinin təxliyyəsi və stansiyadan çıxardılması zamanı 5-6 dəqiqə gecikmə yaranıb”.
OXŞAR XƏBƏRLƏR