AXCP Binəqədi rayon şöbəsinin fəalı Paşa Dadaşovun yanvarın 21-də saxlanılaraq polis bölməsinə aparılıb.Azadliq.info-nun məlumatına görə, o, metronun “Memar Əcəmi” stansiyası yaxınlığında “Azərbaycan saatı” proqramının təbliğatı məqsədilə onun yayımlandığı Medya TV-nin tezlik göstəriciləri yazılmış vərəqə paylayırmış.
Bu zaman ərazidəki polislər onu saxlayaraq Nəsimi Rayon 19-cu polis bölməsinə aparıblar. Dünən Nəsimi Rayon Məhkəməsində hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə AXCP fəalına 7 sutka həbs cəzası verilib. Hazırda P.Dadaşov Binəqədidəki müvəqqəti saxlama təcridxanasında saxlanılır.