Metroda yenilik

Metroda yenilik
Bütün Xəbərlər
11:58 16.12.2013
1851

Yeraltı nəqliyyatda sərnişin axınının indiyə kimi görünməmiş dərəcədə sürətlə artmasına görə Bakı metropoliteni hərəkət qrafikində dəyişiklik tətbiq etməyə başlayıb.

AZXEBER.COM Metropolitenə istinadən xəbər verir ki, bütün buraxıcılıq imkanları səfərbər olunmaqla hərəkət xidmətində mütəxəssislərin hazırladıqları yeni qrafik qüvvəyə minib.Bu qrafikə görə, gur saatlarda xəttə qatarların sayı artırılıb.Əgər əvvəl ancaq hərəkətin axşam çağı gur saatlarda stansiyalardan hər iki istiqamətə 30 qatar keçirdisə, indi bu rejim səhərin gur vaxtlarında da tətbiq edilir. Eyni zamanda, qatarlar arasındakı interval 2 dəqiqəyə (“28 May-Həzi Aslanov” sahəsində) çatdırılıb.Günün başqa vaxtlarında da xətdəki qatarların sayında artım var. Bu vaxtlar 24 əvəzinə 26 qatar cütünə hesablanmış qrafik tətbiq edilir.

OXŞAR XƏBƏRLƏR