Metrodan çıxaraq evinə gedən qadın 5 kişi tərəfindən zorlandı

Metrodan çıxaraq evinə gedən qadın 5 kişi tərəfindən zorlandı
Bütün Xəbərlər
16:54 14.01.2013
4095

Qadını zorlayanlar sonradan hadisə yerindən qaçıblar

Dünən axşam saatlarında İsveçin paytaxtı Stokholmda dəhşətli zorlanma hadisəsi baş verib. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, 22 yaşlı qadın evə gedərkən 5 kişinin hücumuna məruz qalıb. Polisin verdiyi məlumata görə, hadisə paytaxtdan 20 dəqiqəlik uzaqlıqda yerləşən Sundberg kəndi səmtində metrostansiyadan aralıda baş verib. Hadisə baş verən vaxt ərazidə kimsə olmayıb. Fürsəti əldən qaçırmayan 5 nəfər 22 yaşlı qadına hücum edərək onu zorlayıblar və sonra hadisə yerindən qaçıblar. Qadın bir saat yerdə huşsuz vəziyyətdə qalıb. Ayıldıqdan sonra qadın polis çağırıb. Hadisə yerinə polis və təcili yardım həkimləri gəlib. Qadın fiziki xəsarətlər aldığına və psixi vəziyyətinin gərgin olmasına görə xəstəxanaya yerləşdirilib. Hazırda polis qadına hücum çəkərək onu zorlayanları axtarır.

OXŞAR XƏBƏRLƏR