Metrodan istifadə edən tələbələr üçün xoş xəbər - Artıq bu kartla...

Metrodan istifadə edən tələbələr üçün xoş xəbər - Artıq bu kartla...
SOSİAL
14:09 29.10.2025
397
Xəbər verdiyimiz kimi, "Bakı Metropoliteni”ndə bank kartları vasitəsilə təmassız ödəniş sisteminin test mərhələsinə start verilib. İlkin olaraq proses tələbə kartları üzərindən sınaqdan keçirilir.

Təhsil eksperti Rizvan Fikrətoğlu AZXEBER.COM-a deyib ki, tələbələr üçün nəzərdə tutulan "TələbəPlus” kartı çoxfunksiyalı ödəniş və identifikasiya vasitəsidir:

"Bu kart vasitəsilə tələbələr həm universitetə giriş edə, həm metrodan istifadə edə, həm də təqaüdlərini ala biləcəklər. Beləliklə, bir neçə fərqli kartın funksiyası birləşdirilərək vahid sistemdə cəmlənib”.

Ekspert bildirib ki, kartdan həmçinin debet kart kimi də istifadə mümkündür:

""TələbəPlus” sahibləri restoranlarda, geyim və kitab mağazalarında, tibbi müəssisələrdə və əyləncə mərkəzlərində müəyyən endirimlərdən yararlana bilirlər”.

R.Fikrətoğlu vurğulayıb ki, hazırda kart üzrə ictimai nəqliyyatda gedişhaqqına dair konkret güzəştlər yoxdur:

"Hazırda kart üzrə ictimai nəqliyyatda gedişhaqqına dair konkret güzəştlər tətbiq olunmasa da, gələcəkdə bu istiqamətdə addımların atılması planlaşdırılır. Güzəşt şərtləri isə partnyor müəssisələrdən asılı olaraq dəyişə bilər. Layihə çərçivəsində də tələbələr güzəştlərin olması yer alıb”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR