Tikinti işlərii ilə əlaqədar olaraq, Bakı Metropoliteninin "20 Yanvar"-"Dərnəgül» sahəsi sabah saat 22:00-dan avqustun 13-ü saat 06:00-a qədər bağlanacaq. Həmin müddət ərzində "20 Yanvar"-"Dərnəgül" və əks istiqamətdə, qatarların hərəkəti dayandırılacaq və sərnişinlər qeyd olunan sahələrdə yerləşən stansiyaların («20 Yanvar», «Memar Əcəmi», «Nəsimi», «Azadlıq prospekti» və «Dərnəgül») xidmətindən istifadə edə bilməyəcəklər. Sərnişinlərdən qeyd olunan müddətlərdə digər ictimai nəqliyyat vasitələrindən istifadə etmək xahiş olunur. Bakı metropoliteninin rəhbərliyi müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir./milli.az/