Metrodan istifadə edənlərə şad xəbər: Bu tarixdə yeni qatarlar xəttə buraxılacaq

Metrodan istifadə edənlərə şad xəbər: Bu tarixdə yeni qatarlar xəttə buraxılacaq
SOSİAL
19:35 23.02.2022
357
"Bakı Metropoliteni” QSC bu il Rusiyadan alacağı 4 yeni qatarı (20 yeni vaqon) avqust ayında xəttə buraxacaq.

AZXEBER.COM xəbər verir ki, bu barədə Report-a qurumun sədr müavini Hidayət Məmmədov məlumat verib.

"Rusiyanın "Metrovaqonmaş" şirkəti ilə 20 vaqonun istehsalı ilə bağlı müqaviləmiz var. İyun ayında bu istehsal başa çatdırılacaq. Yəqin ki, avqust ayında biz həmin qatarları istismara verəcəyik”, - deyə o qeyd edib.
OXŞAR XƏBƏRLƏR