Bakı Metropoliteninin “Eurovision-2012” mahnı müsabiqəsinə hazır olmasına baxmayaraq insanların təmizliyə riayət etməsi ilə bağlı müəyyən problemlər var. Bunu Bakı Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəzakət Tanrıverdiyeva dyeib. O bildirib ki, buna qarşı mübarizə aparmaq çox çətindir. Onun sözlərinə görə, gənclər, cavanlar metro stansiyalarına, vaqonlara əlavə reklamlar yapışdırır, metronun qarşısına zibil tökürlər. N.Tanrıverdiyeva vurğulayıb ki, təmizliyin aparılmasına baxmayaraq bu kimi hallar görülən işlərə mane olur.
“Bununla bağı Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun özü də reklamların yerləşdirilməsi ilə bağlı dəfələrlə xəbəırdarlıq edib. Onun qərarı ilə hər zaman metrodakı təmizlik, hazırlıqla bağlı görülən işlər barədə aidiyyatı qurumlar və öz işçilərimizə məlumat veririk. Amma insanlar da bu işlərdə bizlərə köməklik etsələr, daha uğurlu nəticələr əldə olunar”, - deyə o əlavə edib.