Moskvada Dağıstan sakinini metronun içində güllələdilər.Moskva metrosunda iki silahlı şəxs sərnişinlərdən birini güllələyiblər. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.Hadisə noyabrın 17-də baş versə də, məlumat mətbuata yalnız bu gün çıxıb.Videoda da göründüyü kimi, silahlı şəxslərdən biri travmatik tapançanı çıxararaq Dağıstan sakiniHaşim Lətifovun üzünə atəş açır.Videoda canilərin üzü açıq görünsə də, polis hələ də onları tapa bilməyib.Həşim Lətifov isə bir neçə əməliyyat keçirib. Hazırda müalicəsi davam etdirilir. (milli.az)
.