Metronun qiyməti 50 qəpiyə qalxacaq?

Metronun qiyməti 50 qəpiyə qalxacaq?
Bütün Xəbərlər
16:20 13.03.2014
3616
"Metroda gediş haqlarının qaldırılması ilə bağlı Tarif Şurasına heç bir müraciət daxil olmayıb".
AZXEBER.COM xəbər verir ki, bu barədə Day.Az saytına İqtisadiyyat və Sənaye Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Abbas Əliyev metroda qiymətlərin 50 qəpiyə qədər qaldırılacağı barədə xəbərlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, hazırda bu məsələ Tarif Şurasının gündəliyində deyil. Metro administrasiyasından belə bir müraciət daxil olmayıb.
Metropolitendə isə yuxarıda qeyd olunan məsələyə münasibət bildirməyiblər.
Qeyd edək ki, metroda qiymətlərin 50 qəpiyə qədər qalxacağı barədə məlumatı faktxeber.com yaymışdı. Saytın digər xəbərində metronun səhmlərinin 49 faizinin xarici şirkətə satılacağı iddia edirdi.
OXŞAR XƏBƏRLƏR