Dünyanın ən böyük şirkətlərindən biri olan “Metro Group”un sahibi Otto Bayshaym intihar edib. Məlumata görə, 89 yaşlı biznesmenin meyiti Almaniyada yaşadığı evdə tapılıb. “AFP”-nin xəbərinə görə, uzun müddətdir xəstə olan Bayshaym sağlamaq ümidi qalmadığı üçün bu addımıı atmış ola bilər.Qeyd edək ki, alman əslli biznesmen Otto Bayshaym “Metro” şirkətini 1964-cü ildə təsis edib. Hazırda dünyanın 33 ölkəsində 2 100 mağazası olan şirkətin 280 000 işçisi var. Bayshaymın isə 3.5 milyard dollar sərvətə sahib olduğu bildirilir.