“Bakıelektrikşəbəkə” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin Modern.az saytına verdiyi məlumata görə, artıq “Bakıelektrikşəbəkə” ASC-də İdarə Heyəti sədrinin I müavini vəzifəsini Sadıq Sadıqov tutur.
ASC sözçüsünün dediyinə görə, Sadıq Sadıqov I müavin postuna gətirilməzdən öncə texniki direktor vəzifəsində çalışıb. “Sadıq Sadıqov artıq birinci müavin kimi öz işinə başlayıb. “Bakıelektrikşəbəkə” Açıq Səhimdar Cəmiyyəti olduğundan vəzifəyə təyinat da daxili əmrlə rəhbərlik tərəfindən aparılır”, – deyə Tanrıverdi Mustafayev bildirib