MEDİA LAYİHƏLƏRİNİN TƏRƏFDARI
Səfir deyib: «Facebook» və digər sosial media vasitələri hər yaşlardan olan insanların fikirlərini bölüşmək və əlaqələr qurmaq üçün önəmli vasitəyə çevrilib. Azərbaycanda gənclər və bütün yaşlardan olan vətəndaşların öz fikirlərini ifadə etmək üçün misilsiz imkanlara malik olduğu bir vaxtda, səfirlik Azərbaycanda yeni media layihələrinin güclü tərəfdarı olub».
Səfir Brayza əlavə edib ki, «Səfirlyin «Facebook» səhifəsinin işə salınması ilə biz cəmiyyətin bütün təbəqələrindən olan azərbaycanlılarla ünsiyyət qurulması üçün yeni vasitə yaradırıq».
Səfir, işəsalma mərasimi ərzində azərbaycanlıları ABŞ Səfirliyinin «Facebook» səhifəsini ziyarət etməyə və səhifənin tərəfdarı olmağa həvəsləndirib. 10.000-ci tərəfdar qeydiyyatdan keçdikdən sonra Səfirlik «Dell Studio XP5» laptop kompyuterinin qalibini müəyyən etmək üçün lotoreya təşkil edəcək.
SƏFİR İRƏLİ BLOQÇULARI İLƏ GÖRÜŞÜB
Səfir Bryza «İrəli» İctimai Birliyinin mərkəzi qərargahında «İrəli»nin rəhbəri, Milli Məclisin üzvü Ceyhun Osmanlı tərəfindən qarşılanıb.
Məlumatda deyilir ki, Metyu Brayza İrəli İctimai Birliyinin bloqçulari ilə bir sıra məsələləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının dəstəklənməsinə özünün güclü marağı, təhlükəsizlik və enerji məsələləri üzrə davamlı əməkdaşlıq, habelə ABŞ-ın Azərbaycanda iqtisadi və demokratik islahatlara dəstəyini müzakirə edib.
ABŞ səfirliyinin məlumatında o da bildirilir ki, Prezident Barak Obama və dövlət katibi Hillari Klinton İnternet azadlığını xüsusilə vurğulayıblar və Səfir Brayza veb vasitəsilə informasiyaya məhdudiyyətsiz çıxışın mühafizəsinin əhəmiyyətini müzakirə edib.
AZXEBER.COM portalı Metyu Brayzanın “İrəli”dəki fotolarını təqdim edir.