Metyu Brayza: ‘Azərbaycan və Ermənistan Qarabağ məsələsini həll etməyə hazır deyil’

Metyu Brayza: ‘Azərbaycan və Ermənistan Qarabağ məsələsini həll etməyə hazır deyil’
Bütün Xəbərlər
20:55 28.03.2012
1130

"İki ölkə rəhbərlərin masasının üzərində çərçivə müqaviləsi durur"

“Azərbaycan və Ermənistan Dağlıq Qarabağ məsələsini həll etməyə hələlik hazır deyil”. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu açıqlamanı jurnalistlərə ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza verib. “Dağlıq Qarabağ məsələsi həll olunacaq. Bunun üçün iki ölkənin rəhbərlərinin masasının üzərində çərçivə müqaviləsi durur. 4-5 və yaxud 6 mühüm şərt lazımdır ki, bu məsələ həll olunsun. Bunun üçün hər iki ölkənin prezidentləri münaqişənin həllini öz üzərlərinə götürməli, bir-birinə etibar etməlidirlər. Bu, böyük siyasi riskdir. Çünki Azərbaycan və Ermənistan cəmiyyətləri bu məsələnin həlli üçün qərar qəbul etməyə hazır deyillər və yaxud hər iki cəmiyyət öz nöqteyi-nəzərini dəyişməli, yaxud prezidentlər üzərlərinə böyük siyasi risk götürməlidir”, - deyə o vurğulayıb.

OXŞAR XƏBƏRLƏR