Metyu Brayza Azərbaycanı tərk etdi

Metyu Brayza Azərbaycanı tərk etdi
Bütün Xəbərlər
18:39 27.12.2011
2217
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Metyu Brayzanı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Səfir Metyu Brayza dövlət başçısına anadan olmasının 50 illiyi münasibətilə təbriklərini çatdırıb. O, Azərbaycan Prezidenti İlham Əliyevin anadan olmasının 50 illiyi münasibətilə ABŞ Prezidenti Barak Obamanın dövlət başçısına ünvanladığı təbrik məktubunu Birləşmiş Ştatların Azərbaycan ilə tərəfdaşlıq əlaqələrinə nə dərəcədə yüksək qiymət verməsinin göstəricisi kimi dəyərləndirib. Azərbaycandakı diplomatik fəaliyyəti dövründə müxtəlif regionlara səfərlər etdiyini vurğulayan Metyu Brayza bu səfərlər zamanı ölkəmizin gözəl təbiətə, zəngin mədəniyyətə və müxtəlif dini-mənəvi dəyərlərə malik olduğunu müşahidə etdiyini deyib.
OXŞAR XƏBƏRLƏR