Metyu Brayza: Azərbaycanın öz torpaqlarını işğaldan azad etməyə tam haqqı çatır

Metyu Brayza: Azərbaycanın öz torpaqlarını işğaldan azad etməyə tam haqqı çatır
SİYASƏT
13:52 05.10.2020
806

Azərbaycanın özünün işğal altında olan torpaqlarını azad etməyə tam haqqı var. 

Bunu Region Plus jurnalına müsahibəsində ATƏT-in Minsk qrupunun ABŞ-dan olan keçmiş həmsədri, Amerikanın Azərbaycandakı sabiq səfiri Metyu Brayza bildirib. 

"BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə var. Orada Ermənistan Azərbaycanın işğal altında olan torpaqlarını dərhal tərk etməyə çağırılır və döyüş əməliyyatlarının dayandırılmasına çağırış edilir. 1994-cü ildə döyüş hərəkətləri doğrudan da dayandırılıb, lakin Ermənistan hələ də buradan getməyib. BMT Təhlükəsizlik Şurasının qətnamələri beynəlxalq hüququn ən ali təzahürüdür. Buna görə də bu gün Ermənistan beynəlxalq hüquqdan kənardır və Azərbaycanın özünün işğal altında olan torpaqlarını qaytarmağa tam haqqı çatır”, - deyə Metyu Brayza bildirib. 

 

Onun sözlərinə görə, buna əmin olmaq üçün ABŞ-ın siyasətinə və hətta Nümayəndələr Palatasının son qətnaməsinə nəzər salmaq kifayətdir. Baxmayaraq ki, həmin qətnaməni erməni diasporunun güclü olduğu Kaliforniya ştatından olan konqresmenlər irəli sürüb. 

"Bu qətnamədə Azərbaycan aqressivlikdə ittiham olunur, lakin beynəlxalq hüququn pozulması və ya qanunazidd hərəkətlərdə günahlandırılmır. Məncə, bunun özü hər şeyi deyir”, - deyə Brayza bildirib. 

Qeyd edək ki, hazırda Metyu Brayza ABŞ-ın Atlantika Şurasının böyük elmi işçisidir. Onunla geniş müsahibəni Region Plus jurnalının Azərbaycanın əks-hücum əməliyyatına həsr olunacaq xüsusi buraxılışında oxumaq olar.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Volkswagen”in satışları kəskin azaldı
13:40 12.10.2026
“Volkswagen”in satışları kəskin azaldı
Vahid məktəbli formasına qarşı çıxışların sifarişi SEPAH-dan gəlib – FOTOFAKT
13:36 12.10.2026
Vahid məktəbli formasına qarşı çıxışların sifarişi SEPAH-dan gəlib – FOTOFAKT
Pensiya artımları ilə bağlı - AÇIQLAMA
13:28 12.10.2026
Pensiya artımları ilə bağlı - AÇIQLAMA
“6-7 yaşlı uşaqlara bunu rəva görmürəm” – Firəngiz Əlizadə
13:16 12.10.2026
“6-7 yaşlı uşaqlara bunu rəva görmürəm” – Firəngiz Əlizadə
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər
13:15 12.10.2026
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər
Son dəqiqə! İctimai qaydanı kobud şəkildə pozan 37 nəfər həbs edildi
12:57 12.10.2026
Son dəqiqə! İctimai qaydanı kobud şəkildə pozan 37 nəfər həbs edildi
Nizami Cəfərov: Məktəbli forması sosial bərabərsizliyi aradan qaldırır
12:48 12.10.2026
Nizami Cəfərov: Məktəbli forması sosial bərabərsizliyi aradan qaldırır
Həkim əvəzinə katibə botoks etdi: 16 nəfər xəstəxanalıq oldu
12:46 12.10.2026
Həkim əvəzinə katibə botoks etdi: 16 nəfər xəstəxanalıq oldu
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
12:38 12.10.2026
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
Azərbaycan Prezidenti: Kamboca ilə ticarət dövriyyəmiz hələ də çox aşağı səviyyədədir
12:36 12.10.2026
Azərbaycan Prezidenti: Kamboca ilə ticarət dövriyyəmiz hələ də çox aşağı səviyyədədir
"İrandan idarə olunan qruplar dövlətin təhlükəsizliyi üçün təhdidə çevrilir” - VACİB AÇIQLAMA
12:34 12.10.2026
"İrandan idarə olunan qruplar dövlətin təhlükəsizliyi üçün təhdidə çevrilir” - VACİB AÇIQLAMA
“Daxili sabitliyə zərər vurmaq heç bir tərəfə fayda gətirməz” - Mənsum İbrahimov
12:14 12.10.2026
“Daxili sabitliyə zərər vurmaq heç bir tərəfə fayda gətirməz” - Mənsum İbrahimov
“Azərbaycan qadını, azadlığına sahib çıx!”
12:06 12.10.2026
“Azərbaycan qadını, azadlığına sahib çıx!”
İlham Əliyev Kambocaya səfərə dəvət edilib
12:02 12.10.2026
İlham Əliyev Kambocaya səfərə dəvət edilib
İlham Əliyev: Azərbaycan və Kamboca sülhü, təhlükəsizliyi inkişafın əsas şərti hesab edir
11:58 12.10.2026
İlham Əliyev: Azərbaycan və Kamboca sülhü, təhlükəsizliyi inkişafın əsas şərti hesab edir
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik"
11:57 12.10.2026
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik"