-Səfirlər ölkələr arasındakı münasibətlərin inkişafında önəmli rol oynayırlar. Sizin təyinatınızla ABŞ-ın Azərbaycanla bağlı strateji siyasət xəttinin prioritetlərinin dəyişmə ehtimalı varmı?
- Əlbəttə, mən inanıram ki, təyinatımın müsbət nəticələri olacaqdır. Mənim ən əsas və ilkin vəzifələrimdən biri iki ölkə arasındakı dostluq münasibətlərini dərinləşdirmək, habelə mövcud olan inam və etibarı qoruyub saxlamaqdır. Belə düşünürəm ki, bizim ölkələr arasında olan strateji əməkdaşlığın olduqca güclü təməli var. Ayrılıqda nəzər yetirsək, Minsk Qrupu həmsədrlərinə Dağlıq Qarabağ münaqişəsini həll etməkdə kömək və dəstək göstərməkdən daha önəmli heç nə ola bilməz.
- Cənab Brayza, məşhur amerikalı analitik Şirin Hanter bildirib ki, “Bütün dondurulmuş münaqişələrin yenidən alovlanmaq qorxusu var”. Bu aspektdən baxdıqda, Dağlıq Qarabağda yeni müharibənin başlaya biləcəyi məsələsi daha real görünür yoxsa onun “Pandora yeşiyi” statusunda qalması?
-Mən, ümumiyyətlə, donmuş münaqişə termininə qarşıyam. Çünki donmuş münaqişə anlayışı yoxdur. Minsk Qrupunun həmsədrləri hazırda yeni təkliflər paketi hazırlayıblar. Bu paket uğurlu paketdir. Mən inanıram ki, sülh yolu ilə həll bəzən daha uzun müddət tələb etsə, daha çətin olsa da, ən sınanılmış yoldur.
- Cənab səfir, Sizin ilk rəsmi görüşlərinizdən birinin məhz İrəli İctimai Birliyi ilə təyin olunması təşəbbüsü nə ilə başlıdır?
- Mən burdayam, çünki biz "İrəli"dəki diskussiyanı uzun müddətdir ki, planlaşdırmışdıq. Səfirliyin facebook səhifəsinin təqdimatını da burada keçirdik.