Metyu Brayza: “Fransa ATƏT-in Minsk Qrupunun həmsədri ola bilməz”

Metyu Brayza: “Fransa ATƏT-in Minsk Qrupunun həmsədri ola bilməz”
SİYASƏT
12:52 28.11.2020
1037

Baş verənlərdən sonra deyə bilərik ki, ATƏT-in Minsk Qrupu mövcud formatda ola bilməz.

Bunu Media.az-a açıqlamasında  ATƏT-in Minsk qrupunun ABŞ-dan olan keçmiş həmsədri, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza bildirib.

O, Fransa Senatının sadəcə mənasız olan qətnaməsindən heç bəhs etmək belə istəmədiyini  deyərək, Parisin ümumiyyətlə bir tərəfə - Ermənistana tam dəstək göstərdiyini vurğulayıb.

"Fransa sadəcə olaraq ATƏT-in Minsk Qrupunun həmsədri, yəni vasitəçisi ola bilməz”, - deyə politoloq əlavə edib.

ABŞ-a gəlincə isə M.Brayza bildirib ki, ölkə prezidentinin bu payıza qədər Qarabağ münaqişəsi barədə məlumatlı olmasına inanmır:

"ABŞ iyul döyüşlərindən sonra nizamlanmada heç bir rol oynamadı. Siyasi boşluq yarandı. Bu, xüsusən İkinci Qarabağ müharibəsinin sonunda, siyasi bir razılaşma masada olduğu zaman nəzərə çarpdı. Sülhməramlılara ehtiyac var idi, bu göz qabağındadır. ABŞ və Fransa həmişə Rusiya sülhməramlılarına qarşı olublar (Gürcüstan və Moldova təcrübəsini xatırlayırıq). Ancaq Qarabağ münaqişəsindən danışırıqsa, yalnız Rusiya onları təqdim etməyə hazır idi”, - deyə sabiq səfir bildirib.

Bununla yanaşı o, Türkiyə amilini də xatırladıb.

"NATO-nun ikinci böyük ordusunun kontingenti indi Rusiya ilə imzalanan müqaviləyə əsasən Azərbaycanda görünəcək. Moskva və İrəvan hər zaman bunun əleyhinə olub, lakin indi Türkiyə qoşunları Azərbaycanda olacaq və onlar sabitləşdirici qüvvədir. Yeni bir geosiyasi vektor yaradılır. Və bu çox maraqlıdır”, - deyə Metyu Brayza vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dilənçilik edən uşaqların sayı artıb – Azyaşlıları küçəyə çıxaran səbəblər nədir?
16:54 12.08.2026
Dilənçilik edən uşaqların sayı artıb – Azyaşlıları küçəyə çıxaran səbəblər nədir?
Dünyada tullantıdan gəlir əldə edən ölkələr - SİYAHI
16:47 12.08.2026
Dünyada tullantıdan gəlir əldə edən ölkələr - SİYAHI
"Məkkə sazişi"nə o ölkə də qoşulmaq istəyib - Səudiyyə Ərəbistanı "yox" deyib
16:42 12.08.2026
"Məkkə sazişi"nə o ölkə də qoşulmaq istəyib - Səudiyyə Ərəbistanı "yox" deyib
Leobank Uşaq kartı istifadəçilərinin sayı 20 000-ə çatdı!
16:39 12.08.2026
Leobank Uşaq kartı istifadəçilərinin sayı 20 000-ə çatdı!
"Sabah" Çempionlar Liqasına vəsiqə qazansa, ən az 18 milyon avro əldə edəcək
16:35 12.08.2026
"Sabah" Çempionlar Liqasına vəsiqə qazansa, ən az 18 milyon avro əldə edəcək
Türkiyədə F16 təyyarəsi qəzaya uğradı
16:35 12.08.2026
Türkiyədə F16 təyyarəsi qəzaya uğradı
“Sabah”ın oyununda dava düşdü: Cinayət işi açıldı
16:22 12.08.2026
“Sabah”ın oyununda dava düşdü: Cinayət işi açıldı
Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?
16:18 12.08.2026
Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?
Park Yasamalda hazır və tikintisi davam edən mənzillər satışda
16:00 12.08.2026
Park Yasamalda hazır və tikintisi davam edən mənzillər satışda
Rusiyadan Telegram və Google-yə zərbə: Milyonlarla rubl cərimə
15:20 12.08.2026
Rusiyadan Telegram və Google-yə zərbə: Milyonlarla rubl cərimə
Azərbaycanda işsizlərin sayı niyə artır? - İqtisadçı səbəbləri açıqladı
15:05 12.08.2026
Azərbaycanda işsizlərin sayı niyə artır? - İqtisadçı səbəbləri açıqladı
Azərbaycanda bu şəxslərin gecə saatlarında işləməsi qadağandır
15:02 12.08.2026
Azərbaycanda bu şəxslərin gecə saatlarında işləməsi qadağandır
Radarların əsl məqsədi nədir? - Cərimələmək yoxsa sürücülərin təhlükəsizliyi…
14:58 12.08.2026
Radarların əsl məqsədi nədir? - Cərimələmək yoxsa sürücülərin təhlükəsizliyi…
Dünya Çempionatına buraxılmamışdı, UEFA Superkubokunu idarə edəcək
14:57 12.08.2026
Dünya Çempionatına buraxılmamışdı, UEFA Superkubokunu idarə edəcək
Zelenski: Ukrayna ordusu Novorossiyskdə Rusiya hərbi-dəniz bazasına zərbə endirib
14:46 12.08.2026
Zelenski: Ukrayna ordusu Novorossiyskdə Rusiya hərbi-dəniz bazasına zərbə endirib
Qarabağ Universitetində yeni mərhələ: Təhsil imkanları genişlənir
14:35 12.08.2026
Qarabağ Universitetində yeni mərhələ: Təhsil imkanları genişlənir