Metyu Brayza: "Mələklərin göydən yerə endiyi bu ayda dualar aydın eşidilir”
Bütün Xəbərlər
13:11 27.08.2011
1582
ABŞ-ın Bakıdakı səfirliyində iftar mərasimi təşkil edilib Dünən ABŞ-ın Bakıdakı səfirliyinin iqamətgahında iftar mərasimi təşkil edilib. Mərasimdə çıxış edən səfir Metyu Brayza müqəddəs Qədr gecəsi günündə iftar süfrəsinin sahibi olmaqdan şərəf duyduğunu bildirib. Diplomat qeyd edib ki, oruc haqqında müsəlmanlardan öyrənib. “Fiziki baxımdan çətin olsa da, sonradan bildim ki, əvvəl çətin olan oruc sonradan asanlaşır. Bu, insan həyatının ən gözəl anlarından biridir. Çünki insan Allahı öz gündəlik həyatına daxil edir. Mələklərin göydən yerə endiyi bu ayda dualar aydın eşidilir”, - deyə Brayza vurğulayıb. Mərasimində Azərbaycandakı bütün dini konfessiyaların başçıları, bəzi ölkələrin səfirləri, habelə ABŞ səfirliyinin əməkdaşları iştirak edib.