Bu gün səhər saat 7.00 radələrində Bakı-Qazax avtomobil yolunun 43-cü kilometrliyində bir nəfərin ölümü ilə nəticələnən avtoqəza baş verib.
13:22
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Rusiyanın Voronej şəhərində vəfat etmiş Neftçala rayonunun Xol Qaraqaşlı kənd sakini, 1982-ci il təvəllüdlü Əliyev Cəsur Teyyub oğlunun cənazəsini gətirən “QAZel” markalı yük avtomobili ilə "Shacman" markalı yük avtomobili toqquşub.
Nəticədə “QAZel” markalı avtomobildə olan sərnişin, Astara rayon sakini Həyat Rəsulov hadisə yerində dünyasını dəyişib. Avtomobili idarə edən Nurlan Teyyub oğlu Əliyev (mərhumun qardaşı) isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı BDYPİ-də araşdırma aparılır.
Dərhal hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “QAZel” markalı avtomobildə olan sərnişin hadisə yerində ölüb.
Xilasedicilər deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış meyiti çıxarıb aidiyyəti üzrə təhvil veriblər.
13:12
Bakı-Qazax yolunda iki yük maşını toqquşub.
AZXEBER.COM-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Bakı-Qazax avtomobil yolunun 43-cü kilometrliyində "Shacman" və QAZ markalı iki yük avtomobilinin toqquşması barədə məlumat daxil olub.
Dərhal hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, QAZ markalı avtomobildə olan sərnişin hadisə yerində ölüb.
Xilasedicilər deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış meyiti çıxarıb aidiyyəti üzrə təhvil veriblər.