Meymunçiçəyi virusu sürətlə yayılır.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, koronavirus epidemiyasından sonra ortaya çıxan və sürətlə yayılmağa başlayan meymunçiçəyi xəstəliyi İngiltərədən gələn son açıqlama ilə narahatlıqları artırıb.
Böyük Britaniyada meymunçiçəyinə yoluxma halları artmaqda davam edir. İngiltərə Sağlamlıq Təhlükəsizliyi Agentliyinin (UKHSA) verdiyi açıqlamada İngiltərədə 71 yeni meymunçiçəyi xəstəliyinin aşkar edildiyi, mayın 7-dən bu yana ölkədə ümumi yoluxma sayının 179-a yüksəldiyi bildirilib.
UKHSA yeni yoluxmalara baxmayaraq, əhali 21 günlük karantin tövsiyə edir. Afrikadan əlavə ilk meymunçiçəyi xəstəliyi mayın 7-də Böyük Britaniyada təsdiqlənib, o vaxtdan bəri Avstraliyada, Avropa və Şimali Amerikanın bəzi ölkələrində bir çox hadisə aşkarlanıb.
Qeyd edək ki, meymunçiçəyi virusu yoluxmuş şəxslə yaxın təmasda olan şəxsdən asanlıqla ötürülə bilər. Virus dəridəki yaradan, tənəffüs yolu ilə və ya göz, burun və ağız yolu ilə ötürülə bilər. Mütəxəssislər virusun cinsi yolla da keçə biləcəyi ilə bağlı açıqlamalar verib. Digər tərəfdən, bu xəstəlik meymun, siçan və dələ kimi yoluxmuş canlılardan və ya üzərində virus olan çarpayı, paltar kimi məhsullardan da keçə bilər.
Ayşən