Rusiyada meyvə şirəsi qutusunun içərisindən daş çıxıb.Rada Solntseva adlı qadın şəkilləri sosial şəbəkədə paylaşaraq yazıb: "Bütün anaların diqqətinə! Mən meyvə şirəsi olan "ФрутоНяня" haqqında dəfələrlə mənfi fikir eşitmişəm, amma bilməzdim ki, bu haqda özüm də yazacağam. Mağazaların birindən meyvə şirəsi aldıq. Qızım onu evdə açdı, amma içə bilmədi. Çox pis dadı var idi. Saxlama müddəti qaydasında idi. Qutunu kəsmək qərarına gəldim. İçərisindən bunlar çıxdı. Uşaqlarınıza belə şirələrdən almayın. Evdə özünüz hazırlayın"
Həmin fotoları təqdim edirik://bizimyol




