Məzahir Pənahov: “Seçki komissiyaları öz vəzifələrin yüksək səviyyədə icra edirlər”

Məzahir Pənahov: “Seçki komissiyaları öz vəzifələrin yüksək səviyyədə icra edirlər”
Bütün Xəbərlər
14:49 09.10.2013
608

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov seçkilərin gedişatına dair brifinq keçirib.

O, seçki komissiyalarının fəaliyyətini yüksək qiymətləndirib. AZXEBER.COM xəbər verir ki, MSK sədri seçki komissiyalarının qənaətbəxş fəaliyyətini seçkilərlə bağlı həyata keçirilmiş hazırlıq işləri ilə əlaqələndirib.

M.Pənahov xarici müşahidə missiyalarının da seçki komissiyalarının fəaliyyətini yüksək qiymətləndirdiyini diqqətə çatdırıb. MSK sədri prezident seçkilərinin səsvermə günündə məlumast qıtlığının olmamasına çalışdıqlarını deyib. M.Pənahov ölkədə seçici fəallığının yüksək səviyyəsinin sevindirici olduğunu vurğulayıb.

OXŞAR XƏBƏRLƏR