Məzuniyyət vaxtı üçün əməkhaqqı necə hesablanır?

Məzuniyyət vaxtı üçün əməkhaqqı necə hesablanır?
SOSİAL
13:20 16.03.2026
485
İşçi məzuniyyətdə olduğu müddətdə iş yeri və vəzifəsi saxlanılmaqla, Əmək Məcəlləsində nəzərdə tutulmuş hallarda sonuncu əməkhaqqısından az olmamaq şərti ilə orta əməkhaqqı da ödənilir.

AZXEBER.COM xəbər verir ki, bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb.

Bilidirilib ki, sonuncu əməkhaqqı dedikdə, işçi məzuniyyətə çıxdığı vaxt qüvvədə olan əmək müqaviləsində müəyyən edilmiş əməkhaqqı nəzərdə tutulur.

Məzuniyyət vaxtı üçün ödənilən orta əməkhaqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əməkhaqqına əsasən müəyyən edilir.

Əgər məzuniyyətin verildiyi aydan əvvəlki aylarda işçi qismən ödənişli sosial məzuniyyətdə və ya öz təşəbbüsü olmadan ödənişsiz məzuniyyətdə olubsa, yaxud onun təqsiri olmadan boşdayanma səbəblərindən işləməyibsə və ya tam işləməyibsə, bu zaman həmin aylar yaxın dövrdəki tam işlənilən təqvim ayları ilə əvəz olunur.

Məzuniyyətdən əvvəlki 12 təqvim ayının orta əməkhaqqı isə həmin ayların əməkhaqqının cəmlənmiş məbləğinin 12-yə bölünməsi ilə müəyyən edilir.

Alınmış məbləğin ayın təqvim günlərinin orta illik miqdarına - 30,4-ə bölünməsi yolu ilə bir günlük əməkhaqqı hesablanır. Daha sonra bu məbləğ məzuniyyət günlərinin sayına vurulur.

Bu zaman alınan məzuniyyət haqqının məbləği həmin məzuniyyət günlərinin təsadüf etdiyi iş günləri üzrə əməkhaqqı məbləği ilə müqayisə edilir.

Nəticədə alınan məbləğ işçinin sonuncu əməkhaqqısından çox olduqda da məzuniyyət haqqı kimi işçiyə ödənilir, az olduqda isə işçinin sonuncu əməkhaqqısına çatdırılaraq ona ödənilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mətbuat Şurası sədrinin müavinləri müəyyənləşib
21:04 05.11.2026
Mətbuat Şurası sədrinin müavinləri müəyyənləşib
İran HDQ: Son sutka ərzində Hörmüzdə marşrut qaydalarını pozan 5 tanker yanıb
20:48 05.11.2026
İran HDQ: Son sutka ərzində Hörmüzdə marşrut qaydalarını pozan 5 tanker yanıb
Putin Kremldə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
20:43 05.11.2026
Putin Kremldə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
Bu gün Avropada bomba təhdidləri səbəbindən azı 11 aviareys istiqamətini dəyişib
20:39 05.11.2026
Bu gün Avropada bomba təhdidləri səbəbindən azı 11 aviareys istiqamətini dəyişib
Rusiya və İran Rəşt - Astara dəmir yolunun tikintisi üzrə sənədlər paketi imzalayıb
20:32 05.11.2026
Rusiya və İran Rəşt - Astara dəmir yolunun tikintisi üzrə sənədlər paketi imzalayıb
Türkiyədə dəhşət: Üç avtomobildə silahla vurulmuş doqquz nəfərin meyiti tapıldı - Foto
20:25 05.11.2026
Türkiyədə dəhşət: Üç avtomobildə silahla vurulmuş doqquz nəfərin meyiti tapıldı - Foto
İsrailin ən böyük ərəb bloku hökumətin qurulmasını Ayzenkota həvalə etməyi təklif edib
20:19 05.11.2026
İsrailin ən böyük ərəb bloku hökumətin qurulmasını Ayzenkota həvalə etməyi təklif edib
DGK qeyri-iş günlərində malların rəsmiləşdirilməsini təmin edəcək
20:14 05.11.2026
DGK qeyri-iş günlərində malların rəsmiləşdirilməsini təmin edəcək
Azərbaycan Cibuti və Qvineya-Bisau ilə sosial müdafiə sahəsində əməkdaşlığı müzakirə edib
20:10 05.11.2026
Azərbaycan Cibuti və Qvineya-Bisau ilə sosial müdafiə sahəsində əməkdaşlığı müzakirə edib
Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
20:03 05.11.2026
Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
Sahibə Qafarova Qazaxıstana səfər edib
20:00 05.11.2026
Sahibə Qafarova Qazaxıstana səfər edib
İran Ermənistana xəbərdarlıq edib
19:48 05.11.2026
İran Ermənistana xəbərdarlıq edib
Kodzo Taşima FIFA prezidenti postuna namizədliyini irəli sürüb
19:33 05.11.2026
Kodzo Taşima FIFA prezidenti postuna namizədliyini irəli sürüb
Fransada tələbələr və həmkarlar ittifaqları etiraz edir
19:11 05.11.2026
Fransada tələbələr və həmkarlar ittifaqları etiraz edir
Albaniyada etirazlar zamanı hüquqpozmalara görə 80-dən çox şəxs cərimələnib
18:56 05.11.2026
Albaniyada etirazlar zamanı hüquqpozmalara görə 80-dən çox şəxs cərimələnib
Təhlükəsizlik səbəbindən üç təyyarə Bolqarıstan aeroportlarına enib
18:34 05.11.2026
Təhlükəsizlik səbəbindən üç təyyarə Bolqarıstan aeroportlarına enib