Məzuniyyətə gəlmiş əsgər Bakıda yol qəzasında öldü

Məzuniyyətə gəlmiş əsgər Bakıda yol qəzasında öldü
Bütün Xəbərlər
10:47 03.08.2012
1538

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Bu barədə Sabunçu rayon Polis İdarəsindən bildirilib.

Hadisə Ramana qəsəbəsi, Şuşa şəhərciyində qeydə alınıb. Qəsəbə sakini, 1993-cü il təvəllüdlü Mahir Məhəmməd oğlu Məmmədov idarə etdiyi “Mercedes” markalı maşını aşırıb. Nəticədə sürücü aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.

Hadisə zamanı dünyasını dəyişən M. Məmmədovun Sərhəd Qoşunlarının əsgəri olduğu bildirilir. O, evə məzuniyyətə gəlibmiş.

Faktla bağlı araşdırma aparılır.

//APA

OXŞAR XƏBƏRLƏR