'Möhtəşəm gecədə qonaqlar qırmızı xalının üzərindən keçəcək' - “The first-2012"
MAQAZİN
13:22 22.08.2012
2090
Hilton otelində baş tutacaq mərasim üçün 300 bilet nəzərdə tutulub; Mərasimdə tanınmış simaların da iştirakı gözlənilirOktyabr ayının 10-da Hilton oteldə “The first-2012" mükafatının təqdimatı olacaq.Bu barədə AZXEBER.COM-a məlumatı tədbirin təşkilatçısı və "Xəyal production"-un rəhbəri, şair Xəyal Rza verib. X. Rza açıqlamasında, hər il olduğu kimi, "Xəyal production"-nun bu il də “The first” mükafatlandırma mərasiminə ciddi şəkildə hazırlaşdığını deyib: "Bu il “The first-2012" daha möhtəşəm, daha unudulmaz olacaq. Türkiyə, Rusiya, Gürcüstan, Qazaxıstan, Özbəkistan və İsveçdən tanınmış simalar iştirak edəcəklər. Möhtəşəm gecədə qonaqlar qırmızı xalının üzərindən keçəcək, onları isə operatorlar və fotoqraflar izləyəcək. bizim mərasim Amerika və ya Türkiyədə rast gəldiyimiz mükafatlandırma mərasimlərindən geri qalmayacaq. Foyedə şərab, meyvələr, şirniyatlar olacaq. Zalda isə möhtəşəm konsert və mükafatlandırma mərasimi baş tutacaq. Onu da deyim ki, cəmi 300 bilet satışa çıxarılacaq, buna görə bizi bağışalayın. Qonaqlardan 400 nəfəri mükafat alan şirkətlərin nümayəndələri olacaq. Biletləri indidən sifariş etmək mümküdür. Gecədə surpriz olacaq bir çox məşhurlar səhnəyə çıxacaqlar. Türkiyənin adını çəkmək istəmədiyimiz məşhur pop-ulduz xanım müğənnisi də qonaqlar arasında olacaq".Şair Xəyal Rza sonda onu da qeyd etdi ki, gecədə Türkiyənin tanınmış müğənnisi, Orhan Ölməz və çox tanınan yazıçısı Yasəmən Polad, o cümlədən Türkiyədən iki millət vəkili də mərasimə qatılacaq.