Qeyd edək ki, il ərzində onun şirkətdəki payı 13 faiz azalıb. Bill Qeyts 2009-cu ilin fevral ayından səhmlərinin 22 faizini satıb. Bütün bunlara baxmayaraq, o Microsoft şirkətinin iri səhmdarlarından biri olaraq qalır.
Belə ki, Bill Qeyts Microsoft şirkətinin 591 milyon səhminin sahibidir. Bu şirkətin ümumi səhmlərinin təqribən 7 faizini təşkil edir.
Xatırladaq ki, Bill Qeyts şirkətin direktorlar şurasına rəhbərlik etsə də, 2008-cu ilin iyun ayından icraçı səlahiyyətlərini itirib, artıq xeyriyyətçilik fəaliyyəti ilə məşğul olur. Forbes jurnalının məlumatına əsasən Bill Qeyts 54 milyard dollarlıq mülkiyyətin sahibidir.