Microsoft "Facebook"u 15 milyard dollara almaq istəyib

Bütün Xəbərlər
11:30 11.12.2010
1786

 

Bu məqsədlə Stiv Ballmer Mark Zukerberqə 15 milyard dollar təklif edib.

Zukerberq bu təklifi qəbul etməyərək, şirkətə nəzarəti öz əlində saxlamaq istədiyini bildirib. Bu fikir isə Microsoft şirkətini təmin etməyib.

Məlumatda bildirilir ki, Stiv Ballmer dünyanın ən iri sosial şəbəkəsini almaq istəyərkən, heç bir hiyləyə əl atmayıb. Sadəcə Facebookun ofisinə gəlib və onun təsisçisini “dost gəzintisinə” dəvət edib.

Xatırladaq ki, tərəflər arasında bağlanmış rəsmi sövdələşməyə əsasən Microsoft şirkəti Facebook-un səhmlərinin 5 faizini 240 milyon dollara əldə edib. Həmçinin Microsoft sosial şəbəkənin reklam siyasətinin koordinasiyasında da yaxından iştirak edir.

 

OXŞAR XƏBƏRLƏR