Miilət vəkilindən Bakı merinə şikayət edildi

Bütün Xəbərlər
17:11 06.04.2011
2005

Aladadılmış payçılar deyirlər ki, 2007-ci ildə deputat Malik Həsənovla sahibkar Vəli Nağıyevin rəhbərlik etdikləri “Alynas-NN” Mənzil Tikinti Kooperativi ilə müqayilə bağılayaraq həmin şirkətin Xətai rayonu, Axundov küçəsi 39 ünvanında inşa etdiyi binada payçı olublar: «Bu şirkətlə bizim aramızda bağlanmış müqavilələrin heç bir şərtini pozmadan müqavilələrdə qeyd olunan mənzillərin pullarını müəyyən olunmuş vaxtda Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 5a ünvanında yerləşən ofisdə “Alyans-NN” MTK-nın nümayəndəsi Araz Rəhimova ödəmişik. Bundan sonra o, mənzillərin dəyərinin tam ödənilməsi barədə bizə maliyyə arayışlarını təqdim edib”.

“Mənzillərimiz Bakı meriyasına verilib”

Şikayətçilər bildirdilər ki, binanın inşası başa çatandan sonra şirkətlə əlaqə saxlayaraq onlardan müqavilə üzrə mənzillərinin təhvil verilməsini xahiş ediblər. Lakin, şirkət rəhbərliyi bu binalarda payçıların adına mənzil olmadığını və həmin mənzillərin BŞİH-nə məxsus olduğunu deyiblər: “Biz mənzillərə baxmaq üçün binaya daxil olmaq istədik, lakin cəhdimiz baş tutmadı, çünki mühafizəçilərə ciddi göstəriş verilmişdi ki, bizi həmin əraziyə buraxmasınlar”. Məsələyə aydınlıq gətirmək üçün aldadılmış payçılar pul ödədikləri Araz Rəhimova müraciət etdiblər: “O, bizə dedi: “Siz həmin mənzillərin dəyərini tam ödəmisiniz və bunu təsdiq etmək üçün tərəfimizdən maliyyə arayışları sizə təqdim olunub, narahat olmayın, həmin mənzillər sizə məxsusdur. A.Rəhimov onu da bildirdi ki, maliyyə arayışları aldıqdan bir qədər sonra şirkətin rəhbərləri arasında müəyyən narazılıqlar yaranıb. Həmin vaxtdan da şirkət tam olaraq millət vəkili, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qardaşı Malik Həsənovun nəzarətinə keçib. Həsənovlar ailəsinə yaxın olan Cəlilabadın icra başçısının qardaşı Şirin Əzizova şirkətə icraçı direktor seçilib. Amma, faktiki rəhbər yenə M.Həsənovdur” .

Mer vəd verdi

Bir saatdan sonra Bakı meri Hacıbala Abutalıbov aldadılmış payçıları qəbul edib. Mer vəd verib ki, aprelin 8-də onun onları yenidən qəbul edib problemin həlli yollarını bildirəcək: “H.Abutalıbov əlavə edib ki, məhkəməyə də müraciət edə bilərsiniz”. Aladadılmış payçılar hüquqlarının bərpası üçün bütün hüquqi yollardan istifadə edəcəklərini bildrdilər.
P.S. Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.

Ramid İbrahimov, bizimyol.az

 

OXŞAR XƏBƏRLƏR