Mikayıl Cabbarov 86 nəfəri dinlədi

Mikayıl Cabbarov 86 nəfəri dinlədi
Bütün Xəbərlər
10:09 25.06.2013
917

Təhsil naziri Mikayıl Cabbarov mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində Şamaxı, Ağsu, İsmayıllı və Qobustan rayonlarında yaşayan vətəndaşları qəbul edib.

AZXEBER.COM nazirliyin saytına istinadən xəbər verir ki, qeyd olunan rayonların təhsil şöbələri müdirlərinin, eyni zamanda nazirliyin digər tabeli qurumlarının rəhbərlərinin iştirak etdikləri qəbulda vətəndaşlar, əsasən işə götürülmə, dərs saatlarının artırılması, məktəblərin təmiri, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, buraxılış imta¬hanları, dərsliklərin məzmunu, ali məktəblərdəki problemlər, təhsil haqqı, köçürmələr, yeni təhsil müəssisələrinin yaradılması və digər məsələlərlə əlaqədar müraciət ediblər. 86 vətəndaşın müraciəti dinlənilmiş, əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib. Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınmış və nəzarətə götürülüb.

OXŞAR XƏBƏRLƏR