Mikayıl Cabbarov cəbhə bölgəsində - FOTOLAR

Mikayıl Cabbarov cəbhə bölgəsində - FOTOLAR
Bütün Xəbərlər
13:06 20.10.2014
1092

Nazir tapşırıqlar verib.

Oktyabrın 20-də təhsil naziri Mikayıl Cabbarovun Tərtər, Ağdam, Ağcabədi, Laçın, Füzuli və Xocavənd rayon sakinlərini qəbulu başlayıb.AZXEBER.COM-un Təhsil Nazirliyinə istinadla verdiyi məlumata görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2014-cü ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Tərtər şəhərindəki Gənclər Mərkəzində keçirilən qəbulda vətəndaşların müraciəti dinlənilib və əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.

Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb.

OXŞAR XƏBƏRLƏR