Yeni mövsümdən etibarən çempionatda 10 komanda iştirak edəcək
AZXEBER.COM-un məlumatına görə. bu gün futbol üzrə Azərbaycan çempionatının Birinci Divizionunun püşkü atılıb.
Yeni mövsümdən etibarən çempionatda 10 komanda iştirak edəcək.
Bunlar "Şüvəlan”, "Turan Tovuz”, "Ağsu”, "Qaradağ Lökbatan”, "Zaqatala”, "Mil Muğan”, MOİK, "Xəzər” və "Sabah” komandalarıdır.
Maraq üçün qeyd edək ki, "Vətən” komandasının adı "Sabah” olaraq dəyişdirilib.
Yeni mövsümə oktyabrın 3-də start veriləcək.
Xatırladaq ki, "Sabah" klubunun himayədarı Təhsil Naziri Mikayıl Cabbarovdur.
Hazırda klubun hesabında 250 min manat var. Nazirin fikri ciddidir - o, çoxdankı arzusunu reallaşdıraraq, Premyer Liqada təmsil olunmaq istəyir. Nazirin dostu olan AFFA-nın baş katibi Elxan Məmmədov bu yolda "Vətən"ə hər cür dəstək vəd edib.